Ərəstun Oruclunun “A-13”ü nəyə ximət edir?
“A-13”ün təsis edilməsində məqsəd Azərbaycanda yeni ictimai-siyasi hərəkat başlatmaqdır”
20 Fevral 2013 13:22 SiyasətPolitoloq Ərəstun Oruclunun yeni qurum təsis etdiyi barədə məlumatlar yayılıb. Bi müddət əvvəl mətbuata açıqlama verən Ərəstun Oruclu bu barədə dolaşan məlumatları təsdiqləyib. "Yeni yaradılan qurumun təşəbbüs qrupuna mən də daxiləm. Təşəbbüs qrupunun məqsədi Azərbaycanda yeni ictimai-siyasi hərəkat yaratmaqdır" deyən politoloq Ərəstun Oruclunun sözlərinə görə hərəkatın yaradılması anonsu bir müddət əvvəl mətbuatda verilib: "Hərəkatın adı "Azərbaycan-2013"dür. Qurumun yaradılması təşəbbüsünü gənclər irəli sürüb. Təşkilata daxil olanların hamısı müstəqil gənclərdir. Mən də onların bu təkliflərini qəbul edib, bu prosesə qoşulmuşam". Politoloq namizədliyinin irəli sürülməsi barədə məlumata münasibət bildirərək dedi ki, onun namizədliyi barədə dolaşan məlumatlar həqiqəti əks etdirmir və onlar hələlik hərəkat yaratmaqla məşğuldurlar. ("OLAYLAR" İA)