KXCP hələ seçki kampaniyasına start verməyib - AÇIQLAMA
Mirmahmud Mirəlioğlu: “KXCP mövqeyini seçki ərəfəsində açıqlayacaq”
20 Fevral 2013 13:12 Siyasət"KXCP qarşıdan gələn seçkilərlə bağlı hələ hazırlıq işlərinə start verməyib. Hələ ki, bu istiqamətdə işləmələr başlamayıb". Bu barədə "OLAYLAR"a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. M.Mirəlioğlu KXCP-in seçki kampaniyasına başlamamasını seçkilərə startın rəsmi şəkildə verilməsilə əlaqələndirib: "Qanunvericilikdə nəzərdə tutulan start olmadığına görə siyasi təşkilatların hamısı ənənəvi, cari işlərdən başqa seçkilərlə bağlı kampaniyaya başlamayıb". M.Mirəlioğlu seçkilərdə KXCP-ın hansı mövqedən çıxış edəcəyinə aydınlıq gətirərək bildirdi ki, seçkilərin vaxtına çox qaldığından seçki günü KXCP-in mövqeyinin nə olacağı məsələsi hələ müzakirə edilmir. KXCP sədri bildirdi ki, o, partiyanın mövqeyini seçki ərəfəsində açıqlayacaq. (OLAYLAR İA)