VHP müxalifətin vahid namizəd seçəcəyinə inanmır

Sabir Rüstəmxanlı: “Seçki ərəfəsində müxalifətin vahid namizəd məsələsində ortaq qərara gəlməsi mümkün deyil”

"Müxalifət partiyaları 5 ildir biri-birilə əməkdaşlıq etmir. Müxalifət hələ də seçkilərlə bağlı vahid konsepsiya işləyib hazırlamayıb". "OLAYLAR"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı belə deyib. S.Rüstəmxanlının sözlərinə görə müxalifət partiyaları arasında namizəd məsələsinə görə mətbuatda çəkişmələr hələ də davam edir. VHP sədri hesab edir ki, seçki ərəfəsində müxalifətin vahid namizəd məsələsində ortaq qərara gəlməsi mümkün deyil: "Vahid namizədin bundan sonra seçilməsi real deyil. Real olsa VHP həmin namizədi dəstəkləyə bilər. Vahid namizəd müxalifətin ən mübahisəli məsələsidir. Ümumiyyətlə vahid namizədin olması hələ heç nəyi həll etmir. Vahid namizədin real gücə, ölkənin mövcud problemlərini həll etmək iqtidarına sahib olması gərəkdir. Seçilsə belə, VHP bütün bu amilləri nəzərə alandan sonra dəstəkləyəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00