Qənirə Paşayeva Türkiyədə Qarabağdan danışacaq

Millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımı və dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfranslarda çıxış etmək üçün bu gün Türkiyəyə yola düşüb. "Olaylar" xəbər verir ki, deputat   Türkiyədə Uşaq Universiteti tərəfindən, İzmirdə və Turqutluda Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı təşkil edilən konfranslarda çıxış edəcək. Eyni zamanda, millət vəkili Xocalı və Qaradağlı soyqırımı ilə bağlı həmmüəllifi olduğu "Hocalı Soykırımı: tanıkların dili ilə" və "Qaradağlı Soyqırımı: şahidlərin dili ilə" kitablarının və "Azərbaycan həqiqətləri" filmlər toplusunun, "Hocalı Soykırımı: tanıkların dili ilə" və "Ruhum Qarabağlıdır" filmlərinin təqdimat mərasimlərinə qatılacaq. Azərbaycan həqiqətlərinin qardaş ölkədə daha geniş şəkildə yayılması məqsədilə qeyd edilən materiallar İzmir, Uşak və Turqutlu şəhərlərinin dövlət qurumlarına, universitetlərinə, qeyri-hökumət təşkilatlarına, kitabxanalarına və KİV-inə veriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00