Hakim partiya cənub zonasındakı problemləri araşdırır

/ Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun rəhbərliyi altında partiyanın bir sıra rəsmiləri respublikanın cənub zonasına səfər edib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, səfər çərçivəsində hakim partiya rəsmiləri Yardımlı və Masallı rayonlarında YAP-ın yerli rayon təşkilatının fəalları ilə görüşüblər. Görüşlərdə bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar partiya üzvləri qarşısında duran vəzifələr müzakirə edilib. Bildirilib ki, partiyanın üzvləri Azərbaycan reallıqlarının olduğu kimi xalqa çatdırılmasında fəal iştirak etməli, sosial şəbəkələrdə bu sahədə edilən təhriflərə qarşı ciddi mübarizə aparmalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00