Sinan Oğan: “Xocalı soyqırımı Türkiyənin də faciəsidir”

Türkiyənin Qars və İğdır şəhərlərində Azərbaycan və Türkiyə parlamentlərinin deputatlarının, ictimaiyyətin nümayəndələrinin və siyasi partiyaların təmsilçilərinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı konfranslar keçirilib. Türkiyə Strateji Araşdırmalar Mərkəzindən "OLAYLAR"-a daxil olan məlumata görə, konfransda Türkiyə parlamentinin deputatları Sinan Oğan və professor Yusuf Halaçoğlu erməni quldur dəstələrinin Anadolu və Azərbaycan torpaqlarında törətdikləri qətliamlardan bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı Türkiyənin də faciəsidir. İki qardaş ölkənin xalqları Xocalı ilə yanaşı, İğdırda da 21 kəndin dinç əhalisinin, Vanda 50 min insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirilməsini də unutmamalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00