İran Güney Azərbaycanın qarşısına keçə bilməyəcək - AÇIQLAMA
Elxan Şahinoğlu: “Xarici qüvvələrdən başqa bu il İranı daxildən də böyük fəlakətlər gözləyir”
19 Fevral 2013 16:50 Siyasətİran məktəblərində 6-cı sinfin yeni fars dili dərsliyində dərc edilən "Ey fars dili" adlı şeirdə Təbrizin farsdilli bir şəhər kimi təsviri etirazlara səbəb olub. Azərbaycan müəllimləri "Biz şagirdlərimizə necə deyək ki, sizin ana diliniz Tehran və Kabil əhalisinin ana dili kimi farscadır? Axı Təbriz əhalisinin ana dili türkcədir!", - deyə şeirə etiraz edirlər. Siyasi analitiklər hesab edirlər ki, ABŞ Güney Azərbaycan məsələsi ətrafında səylərini artırdıqdan sonra İran hakimiyyəti Güneyi farslaşdırma siyasətini açıq müstəviyə keçirib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə İran hakimiyyətinin Güneyi farslaşdırma gedişini təkcə ABŞ-la əlaqələndirmək düzgün deyil: "İslam İnqilabından əvvəl və sonra da İranda Azərbaycan türklərini assimilyasiyaya uğratma siyasəti izlənilib. Bütün rejimlər öz iddialarını faktlaşdırmağa çalışır. Şah dövründə də Azərbaycan əyalətləri fars əraziləri kimi göstərilirdi. Indi də Urmiya gölü quruyur, İran hakimiyyəti qurumanın qarşısını almaq əvəzinə Urmiya ətrafındakı Azərbaycan kəndlərini boşaltdırır. Bir tərəfdən Təbrizi paytaxt etməyə çalışırlar, digər tərəfdən Təbrizdə farslaşdırma siyasəti izləyirlər. Əlbəttə ki, ABŞ Konqresinin Güney Azərbaycan məsələsini müzakirə masasına yatırmağa hazırlaşması İrandakı şovinist dairələri olduqca narahat edir. Bu cür siyasətlə molla rejimi ABŞ-a cavab verdiyini düşünür. Artıq, Güney Azərbaycanın müqəddaratının həll olunması istiqamətində proseslər gedir və İran hakimiyyəti bu proseslərin qarşısını ala bilməyəcək. Digər tərəfdən İranda bu il prezident seçkiləri göstərilir, bu isə o deməkdir ki, İranı daxildən də böyük fəalakətlər gözləyir" ("OLAYLAR" İA)