Daha 5 il Qarabağda sülh sual altında qalacaq
19 Fevral 2013 16:05 Siyasət"Ermənistanda seçki tamaşası başa çatdı.Hərbi rejim süngü üzərində erməni xalqının gələcəyini işğala davam hüququnu əldə etdi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Zahid Oruc Ermənistanda keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirərəkən səsləndirib. Millət vəkili qeyd edib ki, Sərkisyan bütün milli iradəyə təcavüz edərək Kremlin ssenarisi və hərbi diqtəsi altında növbəti 5 ildə erməniləri əsarətində saxlamağa davam edəcək: "Belə zorakı və qeyri-legitim mübarizə fonunda xarici aləm Ermənistandakı faktiki şəraitlə hesablaşmaq mövqeyi tutacaq. Çünki saxta rəhbərin əli ilə təcavüzü davam etdirib Azərbaycan əleyhinə siyasətdə ondan istifadə etmək daha asan olacaq. Deməli, Qarabağda sülh daha 5 il sual altında qalacaq və səngər şəraiti, müharibə təhlükəsi regionu tərk etməyəcək".