Ermənistada prezident seçkilərinin qalibi Serj Sərkisyandır
19 Fevral 2013 16:01 Siyasət2008-ci ildə seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq hakimiyyətə gələn Ermənistanın hazırki prezidenti Serj Sərkisyan Mərkəzi Seçki Komitəsinin açıqladığı ilkin nəticələrə görə ötən gün keçirilən prezident seçkilərinin ilkin qalibi hesab olunur. "Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkənin Mərkəzi Seçki Komitəsinin verdiyi məlumatda hazırki prezidentin seçicilərin 59 faizinin səsini qazandığı qeyd olunub. İkinci yerdə 37 faiz səslə Ermənistanın sabiq Xarici İşlər naziri Raffi Ovvanisyan qərarlaşıb. Ölkə vətəndaşlarının 60 faizinin qatıldığı seçkilərin yekun nəticələri isə fevralın 25-də açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00