Bəşər Əsəd devriləndən sonra İran Tehranı itirəcək
Hikmət Hacızadə: “Suriyadakı Əsəd rejimi devriləndən sonra İran Qərblə üz-üzə tək qalacaq”
19 Fevral 2013 14:42 Siyasət"Suriya İranın strateji əhəmiyyətli əyalətidir. Əgər, Suriyanı itirsək, Tehranı da əlimizdə saxlaya bilməyəcəyik". İran İslam Respublikasının dini qurumunun "Əmmar" qərargahının rəisi Mehdi Taib fars mətbuatına açıqlamasında belə deyib.
Məsələyə münasibət bildirən politoloq Hikmət Hacızadənin sözlərinə görə Mehdi Taibin səsləndirdiyi fikrin çox ciddi əsası var: "Çünki, Suriya İranın ən yaxın müttəfiqidir. İranı dəstəkləyən Livanda və digər dövlətlərdə olan radikal şiə qruplaşmalarının hamısı Suriya ətrafındadır. Əgər Suriyada Əsəd rejimi devrilsə onların hamısı İranın əlindən çıxacaq və İran Qərblə üz-üzə tək qalacaq. Düzdür, Rusiya İran və Suriyanı dəstəkləyir, amma bu İrana tam təhlükəsizlik qarantı vermir. Bu gün İranın narahatçılığının əsası var" ("OLAYLAR" İA)