Ermənilər türk işadamını soydular

Tanınmış tekstil və geyim şirkətinə mənsub olan Sabri Özəl ermənilər tərəfindən soyulub. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, şirkət rəhbərinin evi Qayane və Karina adlı iki erməni dayə tərəfindən soyulub. Belə ki, evin xanımı Arzu Özel dayələrdən birinin gətirdidyi qəhvəni içdikdən sonra özünü pis hiss edib. Bu zaman Sabri Özəl xanımını xəstəxanaya aparmalı olub. Evə geri dönərkən isə iş adamı dayələrin evdə olmadığını görüb. Məlum olub ki, erməni dayələr içərisində 300 min lirə dəyərindəki zinət əşyaları və 100 lirə pul olan seyfi özləri ilə aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00