İsraillə Türkiyə arasında hərbi əməkdaşlıq davam edəcək
Təl-Əviv Ankaraya müasir silah sistemləri satacaq
19 Fevral 2013 13:54 SiyasətBir neçə il əvvəl yaşanan "Mavi Mərmərə" olayına baxmayaraq Israil Türkiyəyə müasir silah sistemləri satmağa davam edəcək. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, həmin sistemlər hərbi kəşfiyyat məqsədilə istifadə edilən AVAKS sistemləridir. Məlumata görə, "Mavi Mərmərə" olayından sonra İsrail bir müddət Türkiyəyə həmin sistemləri satmaqdan imtina edib. Ancaq sistemin yerləşdirəcəyi təyyarələri satan "Boinq" şirkəti Təl-Əvivi bu məsələdə razı sala bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00