ABŞ Çini SSRİ kimi parçalamağa başlayıb - ŞƏRH
Cümşüd Nuriyev: “Amerika Çini parçalamaqla təxminən 10-12 balaca dövlət yaratmağı planlaşdırır”
19 Fevral 2013 13:25 Siyasət"Sonumuz Qorbaçov kimi ola bilər. Çinin SSRİ-nin aqibətini yaşamaması üçün ölkədə islahatlar keçirilməlidir. SSRİ-nin parçalanmasına səbəb rusların ideyalarının möhkəm olmamasıdır. Son nəticədə Qorbaçovun bir neçə sözü SSRİ-nin parçalanmasına kifayət edib". Çinin yeni lideri Si Tsinpin gizli keçirdiyi toplantıda belə deyib. Tsipinin çıxışı müxtəlif vasitələrlə "Corriere della Sera" qəzetinə sızdırılıb. Liderin çıxışının məxfi saxlanıldığı bildirilir. "ABŞ-ın ən böyük layihəsi Çin, Rusiya və Hindistanı parçalamaqdır. Ağ Ev xırda dövlətlər yaratmaqla onları idarə etmək istəyir. Çini parçalamaqla təxminən 10-12 balaca dövlət yaratmağı planlaşdırır" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə ABŞ-ın məqsədlərinin arxasında Çinin güclü iqtisadiyyatı dayanır: "Çin baxmayaraq kommunist rejimilə idarə olunur, hal-hazırda dünyanın işçi qüvvəsinin əsas resurs mənbəyi olduğuna görə əhəmiyyətli beynəlxalq şirkətlər Çin ərazisində formalaşıb. İqtisadi cəhətdən Çinin illik artım tempi əhalisi ondan az ölkələrdən belə qabaqdadır. Həm də hal-hazırda Çinin yuanı kifayət qədər güclü valyutadır. Yəni, dünyanın aparıcı pul vahidinə çevrilmək üzrədir. Bu da istər-istəməz ABŞ-ın iqtisadi maraqlarına ziddir. Necə ki, ABŞ Qorbaçovu hakimiyyətə gətirməklə SSRİ-ni dağıtdı, eyni proses də Çin də formalaşdıdırlıb. ABŞ uyğurlardan Çini parçalamaq üçün istifadə etməyə çalışır. Çinin dağıdılması üçün digər əsas Şanxay təşkilatıdır. Təşkilatın üç əsas böyük dövləti-Çin, Rusiya və Hindistandır. Hər üç dövlətlə də ABŞ-ın maraqları toqquşur. Asiyanın digər böyük dövlətləri-Pakistan, İran və Türkiyə də təşkilatın məşvərətçi üzvü olmağa çalışırlar. Bu amil ABŞ-ı qorxudur. Ona görə də ABŞ çalışır ki, Çini parçalasın. Əgər daxildə SSRİ-nin səhvlərini buraxmasalar onda Çinin dağılma təhlükəsi azdır. Amma, kommunist rejiminin başına istədikləri adamı gətirsələr bu Çin üçün təhlükəli olacaq. Çünki, hələ bilinmir ki, Çinin Kommunist partiyasının yeni lideri kimdir. Bundan əvvəlkini ingilis kəşfiyyatı vasitəsilə partiyadan kənarlaşdırdılar. Amma, Çinin parçalanması ehtimalı çox yüksəkdir. ABŞ əgər Çini parçalamağa cəhd etsə Çin canlı qüvvə ilə Amerikanın özünü məhv edər. ABŞ-da böyük Çin məhəllələri var, təxminən həmin məhəllələrdə 1.5 milyon çinli yaşayır. Amerika Çinə qarşı fəaliyyətə başlayan kimi təsəvvür edin ki, dünyanın bütün nöqtələrinə yayılmış çinlilər ABŞ-a qarşı çevriləcəklər. ABŞ-Çin mübarizəsi iki dövlətin sonu olacaq" ("OLAYLAR" İA)