Ermənistan-Azərbaycan müharibəsi olmayacaq - AÇIQLAMA

Əli Oruclu: “Ermənistan-Azərbaycan müharibəsinin başlanması regiona maraqlı olan qüvvələrin planlarında yoxdur”

"Hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində vasitəçilik missiyasını saxlayacaq. Çünki bunun alternativi ancaq müharibə ola bilər. İnanmıram ki, Azərbaycan və Ermənistan arasında müharibə yalnız Dağlıq Qarabağ ərazisində getsin. Bu müharibə bütün Azərbaycan-Ermənistan sərhədi boyunca gedəcək. Rusiya isə Ermənistanın ərazi bütövlüyünün təhlükəsizliyinə cavabdehdir. Əgər müharibə Dağlıq Qarabağdan ətrafa sıçrasa, Rusiya mütləq müharibəyə qoşulmalıdır. Rusiya konfliktin tənzimlənməsində vasitəçilik missiyasını davam etdirəcək". Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev Azərbaycan mətbuatına açıqlamasında belə deyib. Məsələyə münasibət bilrən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə Ermənistan-Azərbaycan müharibəsinin başlanması regiona maraqlı olan qüvvələrin planlarında yoxdur: "Həmin dövlətlər imkan verməyəcəklər ki, müharibə yenidən alovlansın. Ona görə də Dağlıq Qarabağda ikinci müharibənin ehtimal səviyyəsi sıfırdır. İkinci tərəfdən müharibənin başlanması siyasi elitaların da maraqlarını əks etdirmir. Ermənistan-Azərbaycan sərhədində isə gərginliyi artırmağın hamısı siyasi bleflərdir. Sadəcə olaraq müharibə olmayacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00