Kerri ilk səfərini Türkiyəyə edəcək
19 Fevral 2013 13:15 SiyasətBirləşmiş Ştatların yeni dövlət katibi Con Kerri ilk rəsmi səfərini Türkiyəyə edəcək. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət katibi Misir, İsrail və İtaliyaya nəzərdə tutulan səfər çərçivəsində mart ayında ilk olaraq Türkiyənin rəsmi dairələri ilə bir araya gələcək. Kerrinin Türkiyə səfəri zamanı əsas müzakirə ediləcək məsələ Suriya problemi olacaq. Həmçinin terrora qarşı mübarizə və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00