Ermənistan səfirliyi qarşısına yürüş təşkil olunacaq
19 Fevral 2013 13:14 SiyasətNiderland Krallığında fəaliyyət göstərən Hollandiya Azərbaycan Türk Kultur Dərnəyi, Azərbaycanın Hollandiyalı Dostları, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, Güney Azərbaycanlılar İstiqlal Partiyası və Niderland Azərbaycanlı Gənclər Cəmiyyəti tərəfindən Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın deyib ki, tədbirlərə fevralın 24-də Haaqa şəhərində ucadılmış Xocalı abidəsinin önündən start veriləcək. Fevralın 26-da isə Haaqada yerləşən Ədalət Məhkəməsinin-Sülh Sarayının önündən Ermənistan Respublikasının Səfirliyinin önünə yürüş təşkil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00