Almaniyada “Qarabağ hekayələri”

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar fevralın 25-də Almaniyanın paytaxtı Berlində Kete Kollvitsə muzeyində "Qarabağ - itirilmiş vətən haqqında hekayələr" adlı ədəbi gecə keçiriləcək. Diasporla Iş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, Avropa Azərbaycanlıları Konqresi və Dövlət Komitəsinin dəstəyi ilə baş tutuacaq gecədə yazıçı-publisisti Günel Anarqızının alman dilinə tərcümə olunmuş "Qarabağ hekayələri" kitabının təqdimatı planlaşdırılıb. Kitabda Qarabağ faciəsini içindən keçirmiş Günelin bu doğma və eyni zamanda uzaq diyarla bağlı acılı-şirinli xatirələri toplanıb. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Azərbaycanın Almaniyadakı Səfiri cənab Pərviz Şahbazov, Potsdam Universitetinin professoru Vilfrid Furmanın iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00