Qarabağ üçün 100 min nəfər səs verdi

Ağ Evin saytında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsinin Konqresin gündəliyinə salınması barədə ABŞ prezidenti Barak Obamaya müraciətə atılmış imzaların sayı 100 min nəfərə çatıb.
Milli.Az xəbər verir ki, müraciətin mətnində Azərbaycan ərazilərinin 20%-nin uzun illər ərzində Ermənistan tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən yerinə yetirilməyən 4 qətnaməsi (№ 822, 853, 874, 884), həmçinin erməni təcavüzündən əziyyət çəkən yüz minlərlə qaçqın və məcburi köçkünlər haqqında yazılıb.
Lazımi səslər toplanıldığına görə, Birləşmiş Ştatlar prezidentinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsi ilə bağlı bəyanat verəcəyi və məsələnin Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00