Paşinyanın yol verdiyi tarixi səhvlər

İşğalçı Ermənistan üçün 2018-ci ilin heç də uğurlu olduğunu qətiyyən söyləmək mümkün deyil. İlin əvvəlindən bu ölkədə başlayan kütləvi etirazlar aprel ayında hakimiyət çevrilişi və uzun illər Ermənistanı idarə edən xunta rejiminin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnsə də, lakin işğalçı ölkədə nə iqtisadi, nə siyasi. Nə də sosial vəziyyət heç də düzəlmədi. Əksinə İrəvanın durumu əvvəlki illərlə müqayisədə daha da qəlizləşdi, pisləşdi. Bunun isə başlıca səbəbi inqilab yolu ilə formalaşmış hökumətin və hökumət rəhbərinin səriştəsizliyi, bacarıqsızlığı idi.

İşğalçı Ermənistan üçün 2018-ci ilin heç də uğurlu olduğunu qətiyyən söyləmək mümkün deyil. İlin əvvəlindən bu ölkədə başlayan kütləvi etirazlar aprel ayında hakimiyət çevrilişi və uzun illər Ermənistanı idarə edən xunta rejiminin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnsə də, lakin işğalçı ölkədə nə iqtisadi, nə siyasi. Nə də sosial vəziyyət heç də düzəlmədi. Əksinə İrəvanın durumu əvvəlki illərlə müqayisədə daha da qəlizləşdi, pisləşdi. Bunun isə başlıca səbəbi inqilab yolu ilə formalaşmış hökumətin və hökumət rəhbərinin səriştəsizliyi, bacarıqsızlığı idi.

Serj Sərkisyanı devirərək hakimiyyəti zorla ələ keçirən inqilabçı Nikol Paşinyan hakimiyyət kreslosunda əyləşdiyi ilk günlərdən yalnış addımlar atmağa başladı. Bir ilə yaxın müddətdə bir-birini təkrarlayan bu yalnışlıqlar Ermənistanın vəziyyətini daha da ağırlaşdırdı, bu ölkəni sosial partlayış həddinə gətirib çıxardı. Hazırda Paşinyan bu mənfi tendensiyanı aradan qaldırmaöın yollarını arasa da, lakin onun zamanında atmış olduğu səhv addımlar vəziyyətin normallaşmasına mane olur. Bəs görəsən Paşinyanın əsas səhvləri nədən ibarət idi. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Nikol Paşinyan hakimiyyətə gələn kimi iki böyük səhvə yol verdi. Onun sözlərinə görə,  birinci səhv onun baş nazir seçilməsindən dərhal sonra Dağlıq Qarabağa gəlişi idi. Politoloqun qənaətincə  Nikol Paşinyan bununla sübut etmək istəyirdi ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı davam edəcək, yəni o özündən əvvəlki rəhbərlərin siyasətini davam etdirəcək: "Halbuki, o keçmiş prezident və baş nazir Serj Sərkisyanı səhvlərinə görə istefaya məcbur etmişdi.  Nikol Paşinyanın ikinci böyük səhvi onun Xankəndidə verdiyi açıqlamalar idi. Paşinyan özü ilə Xankəndiyə xarici jurnalistləri də aparmışdı. O Xankəndidə dedi ki, birincisi, Dağlıq Qarabağın "tanınmasına" çalışmaq lazımdır, ikincisi, Bakı birbaşa separatçılarla danışıqlar aparmalıdır. Bunu keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan da deyirdilər, ancaq bir nəticə hasil etmədilər". Mərkəz rəhbəri deyir ki. Azərbaycan heç bir halda Paşinyanın dediyini etməyəcək: "Azərbaycan əbədiyyətə qədər savaşar, ancaq separatçılarla birbaşa danışıqlara getməz. Çünki bu halda Ermənistanın işğalda heç bir rolu olmadığı görünə bilər. Rəsmi Bakı isə bu görüntünün yaranmasına imkan verməz.  Nikol Paşinyan Dağlıq Qarabağdan sonra mayın 14-də Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Rusiya prezidenti həmin görüşdə Nikol Paşinyana qırmızı cizgiləri izah etdi. Qırmızı cizgilər ondan ibarətdir ki, Nikol Paşinyan xarici və təhlükəsizlik siyasətində daima Kremllə məsləhətləşməlidir. Maraqlıdır ki, Rusiyada qatı ruspərəst jurnalistlər də Nikol Paşinyanı tənqid etməyə başladılar. Həmin jurnalistlər deyirdilər ki, Rusiya olmadan Ermənistan bir gün tab gətirə bilməz, ona görə də İrəvan Qərbə doğru irəliləyə bilməz".

Ekxan Şahinoğlu qeyd edib ki, rəsmi Bakı da zaman-zaman Paşinyanın sərsəmləmələrinə öz münasibətini bildirdi, inqilabçı liderə ciddi mesajlar ünvanladı: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 16-da Naxçıvanda oldu. 1990-cı illərin əvvəllərindən Azərbaycan-Ermənistan müharibəsi başladıqdan bu yana Naxçıvan blokada şəraitindədir. Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa əlaqəsi yoxdur. Buna görə də İlham Əliyevin mütəmadi olaraq Naxçıvana getməsi zəruridir. İlham Əliyev prezident kimi Naxçıvana bu vaxta qədər 14 dəfə səfər edib.  İlham Əliyev Naxçıvanda hərbi hissələrdə oldu. Prezident dedi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər.  İlham Əliyev Naxçıvanda niyə belə bir açıqlama verdi? Məsələ burasındadır ki, Dağlıq Qarabağda vəziyyət gərginləşən kimi Ermənistan Naxçıvan ərazisini də atəşə tutmağa başlayır. Ona görə də Bakı Naxçıvanın təhlükəsizliyinə diqqəti artırır. Azərbaycanın xarici ölkələrdən aldığı müasir hərbi texnikanın bir hissəsi Naxçıvanda yerləşdirilir. Bu o deməkdir ki, Dağlıq Qarabağda müharibə başlasa, Naxçıvan da bu müharibədə iştirak etməyə hazırdır".

Elxan Şahinoğlu deyib ki, cari il, iyun ayının 26-da Bakıda keçirilən möhtəşəm hərbi paradla da Bakı İrəvana növbəti xəbərdarlıq mesajı vermiş oldu: "İyunun 26-da Bakıda Azərbaycan  ordusunun yaradılmasının 100 illiyi ilə bağlı hərbi parad keçirildi. Bu paradın keçirilməsinin böyük əhəmiyyəti var idi. Birincisi, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah vər hərbi texnika ilə təchiz olunmuşdu, son illərdə isə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada özünü göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycanın torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi. İkincisi, Azərbaycan prezidenti İlham Əliyev hərbi parad vasitəsilə vacib mesajlar verdi. Bu da əhəmiyyətli idi. Doğrudur, İlham Əliyev Azərbaycan ordusu ilə bağlı mütəmadi olaraq mesajlar verir, işğal faktoruna toxunur. Ancaq hərbi parad elə bir müstəvidir ki, orada verilən mesajlar daha diqqətlə analiz edilir, Azərbaycan ordusunun gələcək hədəfləri müəyyənləşdirilir, Azərbaycan və dünya ictimaiyyətinə çatdırılır. Bu mesajları isə diqqətlə analiz etməyə ehtiyac var. İlham Əliyevin hərbi paradda çıxışı zamanı əsas mesajı bu oldu: "Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb". Bu nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq məsələni öz xeyrinə həll etdiyini düşündü. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı. Bunun nəticəsində Azərbaycan ordusunun Ermənistana təzyiqi artdı. Bu obyektiv prosesdir. Ermənistanda anlayırlar ki, Azərbaycan ordusu əbədiyyətə qədər işğala dözməyəcək, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazır deyillər. Ermənistanda heç bir siyasətçi Azərbaycan ordusunun real gücünü görməyənədək geri addım atmayacaq. Deməli, bütün hallarda son sözü Azərbaycan ordusu deyəcək. İlham Əliyevin "Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək" sözləri də bundan xəbər verir".

Politoloqun sözlərinə görə. Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır: "2003-cü ildən bu günədək Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Hərbi şəhərciklərin 80 faizi son illərdə yenidən tikilib və təmir edilib. Növbəti hədəf yaxın 2-3 il ərzində bütün hərbi şəhərciklərin təmir olunmasıdır. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə 20 mindən çox mülki vətəndaş çalışır. Başqa sözlə, əsgərlər məişət işlərindən azad edilib. İlham Əliyev beynəlxalq hüquqa inanmır və bunu zaman da sübut edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın işğalına son qoymur, mexanizmlərini işə salmır. Ona görə də prezident əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır. "Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər" - deyən İlham Əliyev Azərbaycanın artan gücü qarşısında Ermənistanın zəifləyəcəyi qənaətindədir. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb".

Mərkəz rəhbəri onu da diqqətə çatdırıb ki, Azərbaycan ordusu yeni strategiyadan çıxış edir: "Bu özünü 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçik miqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu, Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır.  Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Odur ki, rəsmi Bakı bu siyasətini getdikcə genişləndirəcək. Erməni ekspertləri yay aylarında qorxurdular ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçsin".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31