“Əkrəm Naibovun "Daş yuxular"ı Azərbaycan xalqının heysiyyətinə toxunur”
Moskvadakı azərbaycan diasporu “Daş Yuxular”-a öz münasibətini bildirib
19 Fevral 2013 09:17 SiyasətƏkrəm Əylislinin "Daş Yuxular"-ına Moskvadakı Azərbaycan diasporu öz münasibətini bildirib. Moskva Millətlər Evində təşkil edilmiş toplantıda Rusiyadakı Azərbaycanlı Yazıçılar Birliyinin ümumi mövqeyi açıqlanıb. Moskva Dövlət Linqvistika Universitetinin professoru Tofiq Məliklinin fikrincə Əkrəm Əylisli öz xalqını aşağılamaqla özünə dünyada şöhrət qazanmaq istəyib. Əsər və müəllif vətənə xəyanət nümayiş etdirir. Tofiq Məlikli hesab edir ki, bu, Əkrəm Naibovun görmək istədiyi yuxulardır. Ermənilər tərəfindən daim təcavüzə məruz qalan azərbaycanlılardır, amma əsər ermənilərə bəraət qazandırır. Bu qədər azərbaycanlıları təhqir edən əsəri indiyə qədər ancaq ermənilərin terrorist yazıçısı Zori Balayan yazıb. Bu fikirlər də yazının təhlili zamanı səsləndirilib. Əkrəm Naibovun üzdəniraq "Daş yuxular"ı birmənalı olaraq Azərbaycan xalqının heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirilib. Tədbirdə həmçinin Azərbaycanın müxtəlif xalqların, müxtəlif dinlərin birgə yaşayışı üçün nümunəvi ölkə olduğu bildirilib.