Hürrü Əliyev təşkilat təsis etdi

"Birliyi təşkil etməkdə əsas qayəmiz Əbülfəz Elçibəy Araşdırma Mərkəzinin yaradılmasına nail olmaqdır". Fevralın 18-də "Vahid Millət" İctimai Birliyi təqdimat mərasimində türkoloq alim, VMİB üzvü Aydın Abbasov belə deyib. A.Abbasov qeyd etdi ki, Elçibəyin irəli sürdüyü millətləşmək, dövlətləşmək və bütövləşmək prinsipi hər vaxt millətimiz üçün keçərlidir. Türkoloq alimə görə Azərbaycanın bəzi tarixi məğlubiyyətlərinin arxasında vahid millət anlayışının olmaması dayanıb.

Daha sonra söz birliyin təsisçisi və sədri Hürrü Əliyevə verildi. H.Əliyev bildirdi ki, "Vahid Millət" İB milli ideologiyanın təbliğ olunması istiamətində fəaliyyət göstərəcək.

Tədbirdə çıxış edən sabiq daxili işlər naziri İskəndər Həmidov, "Elçibəy Məktəbi" nin nümayəndəsi Fəqan Yaqublu, Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanov, Cumhuriyyət Partiyasının sədri Bədrəddin Quliyev və Xalq artisti Nurəddin Mehdixanlı çıxışında bildiriblər ki, birliyin hədəfində Dağlıq Qarabağın azad edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, millətin milli ideologiya ətrafında birliyi və maariflənməsinə nail olmaq dayanır.

Mənsur Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00