Əbülfəz Elçibəyin zəhərlənməsilə AXCP-ın parçalanması arasında bağlılıq... - AÇIQLAMA
Hürrü Əliyev: “Əbülfəz Elçibəyin zəhərlənməsinin AXCP-in parçalanması üçün edildiyi mümkün ola bilər”
18 Fevral 2013 17:03 Siyasət"Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsinin iki tərəfi var: hüquqi və siyasi". "OLAYLAR"a açıqlamasında Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev belə deyib. "Çalışırıq ki, bununla bağlı məsələ irəli sürülən iddialara əsasən siyasi müstəvidə həllini tapsın. Əbülfəz Elçibəy böyük bir şəxsiyyət idi" deyən Hürrü Əliyevin sözlərinə görə,müxalifətin ən böyük partiyası olan AXCP-nin parçalanması üçün Əbülfəz Elçibəyin zəhərləndirilərək aradan götürülməsi tamamilə mümkündür. AXCP-in parçalanması üçün edildiyi mümkün ola bilər: "Lakin, biz burada kimisə günahlandırmırıq. Məsələyə hüquqi prizmadan yanaşanda isə bu daha çox hüquq mühafizə orqanlarının səlahiyyətlərinə daxildir" ("OLAYLAR" İA)