“EL” Hərəkatı parçalanır
AXCP və Müsavat da hərəkatdan geri çəkiləcək
18 Fevral 2013 14:05 Siyasət"Biz ilk gündən demişik ki, Ziyalılar Forumu siyasi təşkilat deyil. Ümumiyyətlə, təşkilat da deyil, klub kimi bir şeydir. Bu baxımdan mən və mənim dostlarım bu hərəkatda yoxuq". Şəxsən mən Rafiq Əliyevlə "El" hərəkatının heç bir əlaqəsi yoxdur. Ancaq Ziyalılar Forumu təqdir edib ki, belə bir hərəkat yaranarsa, yaxşı olar". Ziyalılar Forumunun üzvü Rafiq Əliyev mətbuata açıqlamasında belə deyib. Siyasi analitiklər hesab edirlər ki, Ziyalılar Forumunun "EL" hərəkatından geri çəkilməsi təşkilatın parçalanmasıdır. Çünki, indiyədək Ziyalılar Forumunun adı "EL" hərəkatının içərisində hallanıb və Rafiq Əliyevin bu açıqlaması irəli sürülən iddialara əsas verir. Yaxın günlərdə Müsavat və AXCP-in də Rüstəm İbrahimbəyovun hərəkatından geri çəkiləcəyi bildirilir. Hərəkata daxil olan qüvvələr tam şəkildə başa düşüblər ki, "EL" hərəkatı tamamilə RATİ və Kremlin maraqlarına xidmət edir. Bunu yaxşı başa düşən Ziyalılar Forumu, Müsavat və AXCP ziyanın yarısından geri qayıtmaq istəyir. Ortaya çıxan ən maraqlı məqam isə Rüstəm İbrahimbəyovun peşəkarlıqla AXCP, Müsavat və Ziyalılar Forumunu aldatması oldu. Rafiq Əliyevin açıqlamasını şərh edən politoloq, Ziyalılar Forumunun üzvü Zəfər Quliyev də Forumun "EL" hərəkatına daxil olmadığını təsdiq edib. Zəfər Quliyevin sözlərinə görə Ziyalılar Forumu siyasi yox, ictimai təşkilatdır. Məsələ ilə əlaqədar Ziyalılar Forumu üzvlərinin fikirlərini öyrənməyə çalışsaq da ziyalılar son anda fikir bildirməkdən imtina etdilər. Bəzi müxalifət nümayəndələrinin təzadlı cavabları da bir sıra məqamları ortaya qoydu. Digər tərəfdən Rüstəm İbrahimbəyov və Eldar Namazovun "EL" hərəkatının elan edilməsinin üstündən xeyli müddət keçdi. Lakin, verilən vədə əməl edilmədi. Hərəkatı dəstəkləyən yeganə qüvvə isə RATİ-dir. Son dövrlər də RATİ-nin də nümayiş etdirdiyi siyasi passivlik təşkilatın da "EL" hərəkatında o qədər maraqlı olmaması gündəmdədir. Bunun siyasi açıqlaması birmənalı şəkildə bu cürdür, "EL" hərəkatı başlamamış parçalanır.
Mənsur