Kopenhagendə Xocalı mitinqi keçiriləcək

Fevralın 23-də Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Kopenhaqenin mərkəzi meydanı Radhuspladsda icazəli etiraz mitinqi keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, mitinqdə azərbaycanlılara dəstək olaraq türk və türkmən cəmiyyətləri də iştirak edəcək. Aksiyada danimarkalılara və şəhərin qonaqlarına Xocalı soyqırımını əks etdirən kitablar, vərəqələr, bukletlər və broşürlər təqdim olunacaq. Finlandiya Azərbaycanlıları Assosiasiyası da Helsinki "Caisa" Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş "XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı" adlı konfrans keçirəcək. Konfrans zamanı tədbir iştirakçılarına erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qətliam - Xocalı soyqırımı haqqında geniş məlumat veriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00