Müxalifət özünütənqidi bacarmalıdır - AÇIQLAMA
18 Fevral 2013 12:12 Siyasət"Azərbaycan müxalifətində belə bir psixologiya formalaşıb ki, heç kim tənqid oluna bilməz. Əgər müxalifət lideri tənqid olunur, onun hansısa addımına irad bildirilirsə, deməli tənqid edən tərəf hakimiyyətə işləyir". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "OLAYLAR"-a deyib ki, bu kökündən yalnış olan bir yanaşmadır Azərbaycan müxalifəti özünütənqidi bacarmalı, atdığı səhv addımlardan nəticə çıxarmalıdır: "Müxalifət özünütənqidi qəbul etmək istəmir: "Azərbaycan müxalifətinin özünə tənqidi yanaşması, müxalifət liderlərinin bir-birinin addımlarını müzakirə etməsi yalnız Azərbaycan xalqının maraqlarına uyğundur."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00