Serj Sərkisyanın rəqiblərini Vladimir Putin sıradan çıxarıb - AÇIQLAMA

Elxan Şahinoğlu: “Rusiya Serj Sərkisyanın ikinci dəfə seçilməsi üçün çox gözəl zəmin yaradıb ”

Bu gün  Ermənistanda prezident seçkiləri keçirilir. Siyasi analitiklər hesab edirlər ki, Rusiya öz maraqlarını təmin etmək üçün prezident Serj Sərkisyanın ən ciddi rəqiblərini sıradan çıxararaq Sərkisyanın ikinci dəfə seçilməsinə zəmin yaradıb. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə Ermənistanın müstəqillik tarixində bu Serj Sərkisyan üçün ən rahat seçki olacaq: "Çünki, Sərkisyanın seçkilərdə ciddi rəqibləri yoxdur. Bundən əvvəlki seçkilərdə çox ciddi müqavimətlər və toqquşmalar olub, seçkilərdən sonra insanlara qarşı qətliam törədilib. Rusiyanın əlilə bu dəfəki seçkilərdə isə çox güman ki, bu cür neqativ hallara yol verilməyəcək. Serj Sərkisyanın üç vacib rəqibi seçkilərə qatılmadı. Eks-prezident Robert Köçəryan, Qərbə yaxınlığı ilə seçilən Levon Ter-Petrosyan və işadamı Qaqik Sarukiyan öz namizədliklərini irəli sürmədilər və S.Sərkisyan ikinci dərəcəli namizəd sindromundan yaxa qurtardı" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00