“QHT-ləri səsverməyə çağırırıq”

Şura Qarabağın işğalı faktını ABŞ prezidentinin gündəmində prioritet mövzuya çevirmək üçün QHT-ləri səsverməni davam etdirməyə çağırır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkənin qeyri-hökumət təşkilatlarını Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalı faktını Minsk qrupunun həmsədr dövləti olan Amerika Birləşmiş Ştatlarının prezidentinin gündəliyinə prioritet mövzu kimi daxil edilməsinə yönəlik müraciətə səsverməni davam etdirməyə çağırır. Ağ Evin rəsmi saytına yerləşdirilmiş bu müraciət Azərbaycanın işğal edilmiş ərazilərindən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələrnin həyata keçirilməsinin vacibliyi şəxsən ABŞ prezidentinin diqqətinə çatdırır və onu prioritet mövzu kimi ABŞ rəhbərinin siyasi gündəminə daxil edir. ABŞ Prezidenti Administrasiyasının (Ağ Evin) rəsmi səhifəsində Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı yerləşdirilmiş müraciətə səsvermə qaydaları aşağıdakı kimidir.
Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş bu müraciət Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı ABŞ prezidentinin bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Yanvarın 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb. Kampaniyada iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:
https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx
Səhifədə göstərilən "Hesab yarat" (Create an account) bölməsinə daxil olmaq, bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır.
Bölmədə göstərilən "zip" xanasını boş qoymaq da mümkündür.
Qeydiyyat başa çatdıqdan sonra istifadəçinin e-mail ünvanına Ağ Evin rəsmi saytından təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır. Həmin şifrəni "Sign in" bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır.

Qeyd: e-mail ünvanına gələn məktubun daxilindəki linkə keçid verərək daxil olmaq da mümkündür.

"Log in" düyməsini sıxdıqdan sonra qeydiyyat başa çatmış hesab edilir və şəxsi hesab açılır. Şəxsi hesabınızda göstərilən "SİGN THİS PETİTİON" (Bu ərizəni imzala) düyməsini sıxaraq müraciəti imzalamaq mümkündür.

Hesab limiti: Hər şəxs yalnız bir İP ünvandan (bir kompyuterdən) səs verə bilər.

Qeyd: Yalnız 100 000 səs verildiyi təqdirdə müraciət ABŞ prezidentinin gündəminə prioritet mövzu olaraq daxil ediləcəkdir.

Mətbuat xidməti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00