Rusiya Azərbaycanda fəlakətlərə yol aça bilər - AÇIQLAMA
Mübariz Göyüşlü: “Rusiya Azərbaycanla açıq müharibəyə girməyəcək”
15 Fevral 2013 17:52 Siyasət"Ermənistan ilk növbədə Xocalı aeroportu ilə bağlı avantüradan əl çəkməlidir. Fevralın 20-də Xocalı aeroportu istifadə veriləcəyi təqdirdə Azərbaycanın müharibəyə başlayacağına inanmıram". Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü "OLAYLAR"a açıqlamasında belə deyib. Dağlıq Qarabağ probleminin kənardan göründüyü kimi asan olmadığını deyən M.Göyüşlünün sözlərinə görə təkcə aerport faktoru ilə müharibənin tezliklə başlanacağı gözlənilən deyil: "Ermənistan Rusiyaya arxalanaraq bu cür bəyanatlara gedir. Əgər hər hansısa lokal əməliyyatlar keçirilərsə Rusiyanın açıq şəkildə Azərbaycanla müharibəyə girəcəyinə də inanmıram. Rusiyanın təsir rıçaqları təkcə müharibə ilə məhdudlaşmır. Rəsmi Moskvanın Azərbaycana təsir etməyə yolları çoxdur. Azərbaycan Rusiya ilə münasibətlərdə daha ehtiyatlı olmalıdır. Çünki, Rusiyanın atacağı təxribati addımlar Azərbaycanda fəlakətlərə yol aça bilər" ("OLAYLAR" İA)