AzərTAc-ın dünya azərbaycanlılarına müraciəti
15 Fevral 2013 17:16 SiyasətƏziz həmvətənlər! Türk dünyasının düşməni olan erməni lobbisinin qondarma "erməni soyqırımı" təbliğatının qarşısını almaq məqsədi ilə ABŞ-dakı Türk və Azərbaycan icmaları Ağ Evin səhifəsində yeni bir imza kampaniyasına başlamışlar.
Kampaniyanın məqsədi 1914-cü və 1922-ci illər arasında erməni daşnak və hunçak millətçilərinin Anadoluda və Qafqazda dinc türk, azərbaycanlı, kürd və digər müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımın ABŞ Prezidenti Barak Obama tərəfindən tanınmasıdır.
Sizdən bir vətəndaşlıq borcu kimi Ağ Evin səhifəsindəki bu kampaniyanı sadəcə 1 dəqiqə içində imzalamanızı xahiş edirik. Kampaniyanı imzalamaq üçün qaydalar aşağıda verilir:
Əgər siz Ağ Evin petisiyalar səhifəsində qeydiyyatdan keçmisinizsə (məsələn, əgər yaxın vaxtlarda Xocalı qırğını barədə petisiyanı imzalamışsınızsa), aşağıdakı addımları yerinə yetirin:
1) http://WH.gov/dQ2y səhifəsinə daxil olun.
2) Səhifənin yuxarı sağ küncündəki LOG IN düyməsini basın.
3) Öz elektron ünvanınızı, Ağ Evin saytında parolunuzu daxil edin (bu parol sizin elektron poçtunuzun parolundan fərqli ola bilər) və bir qədər aşağıdakı göy rəngli LOG IN düyməsini basın.
4) Petisiyanın mətni ekranda görünəndə həmin mətnin aşağı hissəsindəki yaşıl rəngli SIGN THIS PETITION düyməsini basın.
Vəssalam, siz öz vətəndaşlıq borcunuzu yerinə yetirdiniz! Sağ olun!
Əgər siz Ağ Evin petisiyalar səhifəsində qeydiyyatdan keçməmisinizsə, aşağıdakı addımları yerinə yetirin:
1) http://WH.gov/dQ2y saytına daxil olun.
2) Səhifənin yuxarı sağ küncündəki CREATE AN ACCOUNT düyməsini basın.
3) Öz elektron ünvanınızı, adınızı, soyadınızı daxil edin. Zip qrafasında 10001-dən 14000-dək istənilən beşrəqəmli ədədi daxil edə bilərsiniz. Bundan sonra ekranda görünən əlyazma şəklində mətni müvafiq pəncərəyə daxil edin.
4) Göy rəngli CREATE AN ACCOUNT düyməsini basın.
5) Öz elektron poçtunuzu yoxlayın. Sizə "Almost done! Verify your Petitions.WhiteHouse.gov account" sərlövhəli məktub gələcəkdir. Həmin məktubu açın və orada görəcəyiniz ilk istinad ünvanını basın.
Vəssalam, siz petisiyaya səs verdiniz! Sağ olun!
Səs verəndən sonra bu kampaniya barədə bütün dostlarınıza və qohumlarınıza məlumat verin və onları da sizin göstərdiyiniz gözəl nümunəyə əməl etməyə çağırın.
İmza kampaniyası 2013-cü il martın 15-dək davam edəcəkdir. Bu müddətdə azı 100 min imza toplanmalıdır. İmzalar toplandıqda, Prezident Barak Obama 2013-cü il 24 aprel tarixindəki illik çıxışında ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdiyi soyqırımı tanımaq məcburiyyətində olacaqdır.