Fevralın 20-də Rusiya Azərbaycanla müharibəsi başlaya bilər - AÇIQLAMA
Cümşüd Nuriyev: “Azərbaycan Rusiyanın atacağı bu tip addımlara hazır olmalıdır”
15 Fevral 2013 15:18 SiyasətMətbuatda yayılan məlumatlara görə Azərbaycan kəşfiyyatı Xocalı aeroportunda uçuşlara hazırlıq getdiyini təsbit edib. Seçkilərdən sonra aeroportun istifadə ediləcəyi bildirilir. Siyasi analitiklər hesab edirlər ki, bu baş tutacağı təqdirdə II Qarabağ müharibəsi fevralın 20-də başlayacaq. "Bu cür bəyanatlar Ermənistana ona görə lazımdır ki, fevralın 18-də ölkədə seçkilər keçiriləcək. Serj Sərkisyan uçuşu seçkilərdən sonraya keçirməklə bir növ özünü sığortalayır ki, seçilsə uçuşlar olacaq. Bu daha çox publikaya hesablanmış gedişdir" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə Ermənistanın nə fevralın 20-də, nə də ki, yaxın gələcəkdə müharibə etmək imkanı sıfıra bərabərdir: "Ermənistan həmişə məsələnin müharibə variantını arzulamır, çünki ermənilər Azərbaycanla müharibədən qorxurlar. Məsələni rus politoloqu Doroxin, Rusiyanın "Qara dəniz - Xəzər dənizi" QHT-nin direktoru Zaxarov gündəmə gətiriblər. Bəyanatların arxasında Rusiyanın Cənubi Qafqaz planları və onu necə həyata keçirmək yolları dayanır. Rusiya adətən bu yollarla test edir ki, baxsınlar ki, hansı variant daha uğurlu olacaq. Bundan sonra da belə provakasiyalar olacaq. Rusiya digər tərəfdən Azərbaycan daxilində də araşdırma aparacaq ki, baxsınlar daxildə insanlar bu cür bəyanatlara hansı təpkini göstərirlər. Azərbaycan Rusiyanın atacağı bu tip addımlara hazır olmalıdır. Digər tərəfdən indi Azərbaycanın nə müharibə etmək, nə də ki, Ermənistanın fevralın 20-də Xocalı aeroportunu açmaq niyyəti var" (OLAYLAR İA)