Belçikada Xocalı yürüşü keçiriləcək

Belçika Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Tələbələr Forumunun birgə təşkilatçılığı fevralın 26-da"Xocalıya Ədalət" şüarı altında Brüsseldə yürüş mitinq keçiriləcək. Belçika Azərbaycanlıları Cəmiyyətindən "OLAYLAR"-a verilən məlumata görə, yürüş Brüsseldəki Ermənistanın səfirliyi önündən başlayacaq və Avropa Komissiyası qarşısında bitəcək. Yürüşə Belçikada, eləcə də Avropa məkanının digər ölkələrində yaşayan azərbaycanlıların da qatılacağı gözlənilir. Yürüşdə Belçikada yaşayan gənclərimizə erməni terrorunu əks etdirən  köynəklər  paylanılacaq, eyni zamanda 500-ə qədər Xocalı faciəsini anladan ingilis və fransız dillərində bukletlər  yürüş boyunca şəhər sakinlərinə paylanacaq. Artıq Brüssel polisindən yürüşə icazə alınıb.  Aksiya Avropa Parlamentinə,  Avropa İttifaqına  müraciətin oxunması ilə bitəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00