Makron xalqın etimadını itirib

Kütlə nə rəsmi hakimiyyətə, nə də müxalifətə etibar etmir Noyabrın 17-də Fransada yanacağın bahalaşmasına və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq başlayan "sarı jiletlilər"in nümayişləri ölkədə son illərin ən şiddətli etirazına çevrilib.

Kütlə nə rəsmi hakimiyyətə, nə də müxalifətə etibar etmir

Noyabrın 17-də Fransada yanacağın bahalaşmasına və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq başlayan "sarı jiletlilər"in nümayişləri ölkədə son illərin ən şiddətli etirazına çevrilib. Məlumata görə, Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı minnlərlə insan həbs edilib, yüzlərlə  şəxs yaralanıb. Xalq etirazlarını yatırtmaq üçün ölkə üzrə 89 mindən çox polis cəlb edilib.  Rəsmi məlumata əsasən Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları "sarı jiletlilər" hərəkatının başlanğıcından bu günə kimi keçirilən aksiyalarda 4523 etirazçını saxlayıb ki, onlardan 4099 nəfəri həbs edilib. Məlumat üçün qeyd edək ki, nümayişçilərn Fransa prezidenti Emmanuel Makrondan yanacaq vergilərinin azaldılması və iqtisadi vəziyyətin yaxşılaşdırılması tələbi Avropa ölkələri üçün sözün əsil mənasında təhlükəyə çevrilib. Belə ki, artıq nümayiş dalğaları Belçikadan sonra Brüssel və Hollandiyaya da yayılmaq ehtimalını artırıb. Sadalanan faktlar deməyə əsas verir ki, Qərbdə, xüsusən Fransa siyasi institutların böhranı müşahidə edilməkdədir, kütlələr rəsmi hakimiyyətə, nə də müxalifətə etibar etmir, nəticə etibarilə anonim qruplar, anarxist dəstlər etiraz aksiyalarının əsas aparıcı qüvvəsinə çevrilirlər. Sadalanan təhlükədən yayınmaq məqsədilə Fransa prezidenti kütləvi etiraz aksiyaları fonunda ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib. Ardınca Makronun etirazçılara verdiyi vədlər də ixtişaşın səngiməsinə təsir etməyib. Fransadakı mövcud hakimiyyət isə xalqla dil tapmaq əvəzinə maliyyə oliqarxları qarşısında götürdüyü öhdəliklərə əməl etmək naminə xalqın üzərinə gedir. Elə bu səbədən də son 50 ilin ən güclü xalq etirazı ilə üz-üzə qalıb. Fransa rəhbərliyi isə günahkarı xaricdə axtarmaq yolu tutub. Ölkənin daxili işlər naziri etiraz planının xaricdə hazırlandığını açıq şəkildə etiraf edib. Aksiyalarda ertirazçı gənclərin "Biz Trampı istəyirik" şüarlarının səsləndirməsi də təsadüfi olaraq ortaya çıxmayıb. Buna cavab olaraq Trampın tvitter səhifəsində "mən Fransanı və fransız xalqını sevirəm" yazması məhz hadisələrin pərdəarxasını gün üzünə çıxarır. Bu isə o anlama gətirir ki, baş verən etirazlar ABŞ-la Fransanın geosiyasi maraqlarının toqquşması kontekstində baş qaldırıb. Məlum olduğu kimi Makron tam çılpaqlığı ilə açıqlamasa da, Avropa İttifaqının vahid ordusunun yaradılmasını geosiyasi maraqlar üçün istəyir. Geosiyasi maraqlara isə Fransanın Afrikada aktivləşməsi, eyni zamanda, söz sahibi olması daxildir. Məhz bu məsələlərdə ABŞ-la Fransa üz-üzə dayanır.

Məsələ orasındadır ki, özünü demokratiyanın beşiyi adlandıran Fransada baş verən zorakılıq halları beynəlxalq insan hüquq müdafiəsi instirutları tərəfindən rahat şəkildə seyr edilməkdədir. Halbuki dünyaya demokratiya dərsi verməyə çalışan Fransanın özündə misli görünməmiş zorakılıqlar qeydə alınmaqdadır. Qərb ölkələrinin ikili standartlarının alətinə çevrilmiş hüquq müdafiəçiləri isə müsəlman ölkələrindən fərqli olaraq Fransada baş verənləri sakitcə həzm etmək yolu tutublar. Məhz bu amili nəzərə alan  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbul Üsküdarda Toplu Açılış Mərasimində çıxışında Fransanın paytaxtı Paris başda olmaqla, bir sıra Avropa ölkəsinin küçələrininin qarışmış bir vəziyyətdə olduğunu söyləyib. Dövlət başçısı deyib ki,  "Avropa küçələrindəki görüntüləri narahatlıqla təqib edirik. Ümid edirəm ki, tezliklə Paris küçələrində chr("39")Zülm 1789-cu ildə başladıchr("39") yazılarını görmərik. Biz həm nümayişçilərin yaratdığı xaos mənzərəsinə, həm də onlara tətbiq olunan zorakılığa qarşıyıq. Ortaya çıxan mənzərə göstərir ki, Avropa demokratiya dərsindən də, insan haqları dərsindən, azadlıqlar dərsindən də sinifdə qalıb". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin Fransada baş verənləri Türkiyənin 15 iyul hadisələri ilə müqayisə edib: "Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. İndi isə Paris başda olmaqla, bir çox Avropa şəhərləri qarışmış vəziyyətdədir. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir".

Fransada baş verən hadisələrə Azərbaycanın münasibətinə gəldikdə, bir sıra faktları sadalamaq yerinə düşərdi. Belə ki,  Azərbaycan müstəqillik əldə etdiyi ilk zamanlardan bəri Fransa ilə əlaqələrə xüsusi əhəmiyyət verərərk erməni lobbisinin güclü olduğu ölkə ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa çalışıb. Lakin Fransanın hazırki rəsmiləri Azərbaycanın bu mövqeyinə sanki biganəlik görüntüsü yaratmaqla Ermənistanla əlaqələri genişləndirmək kontekstində çıxış edirlər. Fransa vətəndaşlarının Dağlıq Qarabağa qeyri-rəsmi səfərləri, separatçı rejimlə "əməkdaşlıq əlaqələri" məhz bu məqsədə xidmət edir.  Obyektivlik naminə qeyd edilə bilər ki, əvvəlki hakimiyyətlərin, o cümlədən Fransua Ollandın hakimiyyəti zamanı Fransa da Ermənistan və Azərbaycanla əlaqələrində balansı qorumağa çalışıb, adətən Cənubi Qafqaz səfərlərinin trayektoriyasını müəyyən edərkən də bu balansı nəzərə alıb. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Fransadakı mövcud Emmanuel Makron hakimiyyətini mahiyyətini uzaqgörənliklə analiz edib, nəticədə Azərbaycan tərəfindən onun   Bakıya səfəri ilə bağlı əvvəlcədən razılaşdırılmış addımlar atılmayıb. Çünki Makronun Ermənistana səfəri zamanı gey parad nümayəndələri ilə birgə nümayiş etdirdiyi davranışlar, xüsusi məkana çəkilmələri barədə informasiyalar media sızdıqdan sonra Azərbaycan tərəfi qeyri-ciddi tərəfdaşla əlaqələrin davamında adekvat olmayıb. Fransada I dünya müharibəsinin bitməsinin  100 illiyi ilə bağlı keçirilən təntənəli mərasimdə də Azərbaycan tərəfi prezident və ya baş nazir səviyyəsində deyil, xarici işlər naziri səviyyəsində təmsil olunmaqla kifayətlənib. Bununla kifayətlənməyən Azərbaycan tərəfi Fransanın ermənipərəst mövqeyinə kəskin etiraz etmiş, Dağlıq Qarabağdakı işğalçı xunta rejimi ilə Fransanın ayır ayrı şəhərlərinin sıxlaşan əlaqələrinə etiraz olaraq Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlikdən uzaqlşdırlacağı haqda xəbərdarlıq edib.  Əldə edilən məlumata görə, Prezident İlham Əliyevin Parisə son səfəri zamanı imzalanmış müqavilələrin icrası Azərbaycan tərəfindən dayandırılıb. Fransanın demokratik normalara, beynəlxalq hüquqa və iki ğlkənin ortaq maraqlarına zidd addımları Azərbaycan tərəfini belə sərt addım atmağa vadar edib. Millət vəkili Asim Mollazadə bildirib ki, Fransada sağ və sol qüvvələr xaricdən dəstək alır. Təbii ki, xaricdəki qüvvələrin də əsas məqsədi Avropa Birliyinin daxilində Avropanın ən əsas ölkələrinin birində xaos yaratmaqdır. Deputatın sözlərinə görə, Azərbaycan bu prosesləri sadəcə olaraq kənardan müşahidə edir: "ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa hadisələri ilə bağlı reaksiyasına gəlincə onlar düşünürlər ki, hansısa Avropa Birliyi ölkələrinin təzyiqləri və yaxud da iqlim problemləri ilə bağlı hamını bu oxşar problemlərə yaxınlaşdırmaq vəziyyəti yaranır. Çünki Fransa prezidenti Emmanuel Makron Paris sazişini tələblə ABŞ-a da təzyiq etmək istəyirdi. Bildiyiniz kimi ABŞ Paris sazişindən çıxdı. Türkiyənin isə bu proseslərdə hansısa marağı yoxdur. Hazırda Fransada davam edən aksiyalarla bağlı danışıqlar gedir. Hökumət güzəştlərə getmək istəyir. Mənə elə gəlir ki, hökumət ciddi güzəştlərə getsə, vergiləri azaltsa, ola bilər ki proseslər səngisin".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31