Livanın müharibənin nəticələrini aradan qaldırması üçün 20 milyard dollara ehtiyacı var

Livan hökuməti müharibədən zərər çəkmiş ərazilərin bərpasına ən azı 7 milyard dollar sərmayə qoymalı olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və ticarət naziri Amer Bisat bildirib.

"Yenidənqurmanın birinci mərhələsində bizə 7 milyard dollar lazım olacaq; bunlar ilkin hesablamalardır; faktiki məbləğ daha yüksək ola bilər" - deyə, nazir qeyd edib.

Bisat xatırladıb ki, Dünya Bankı 2024-cü il təcavüzü zamanı Livana dəyən ziyanı 11 milyard dollar olaraq qiymətləndirib: "İndi dağıntıların miqyası daha böyükdür. Ümumi iqtisadi ziyan potensial olaraq 20 milyard dollara çatır", - deyə o vurğulayıb.

Nəşrin məlumatına görə, hərbi əməliyyatlar səbəbindən ölkədə kənd təsərrüfatı istehsalı 40%, xarici ölkələrlə ticarət dövriyyəsi 60%, turizm sektoru isə 95% iflic vəziyyətinə düşüb.

Aprelin 24-də Kiprdə keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Prezident Cozef Aun bildirib ki, İsrail hücumları nəticəsində 1,2 milyondan çox livanlı məcburi köçkün düşüb və müvəqqəti olaraq dolanışıq imkanlarından məhrum olub. Onun sözlərinə görə, 38.000 mənzil tamamilə dağılıb, 150.000 insan evsiz qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31