Almaniyada Xocalı soyqırımı ilə bağlı təqdirəlayiq aksiya
15 Fevral 2013 13:02 SiyasətAzərbaycan Respublikasının Almaniyadakı səfirliyi və Almaniya Azərbaycan Dostluq Cəmiyyəti (Alm.Az) tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, fevralın 24-dən etibarən 3 gün ərzində şəhər ətrafı və şəhər içi 89 ədəd sərnişin nəqliyyatının monitorlarında "Azərbaycan Xocalı faciəsi qurbanlarının xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad edir"; "Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam" ifadələri səhər saat 06:00-dan gecə saat 00:00-dək davamlı olaraq sərnişinlərə nümayiş olunacaq. Monitorlarda yayımlanan ifadələri orta hesabla 450-500 min sərnişinin izləməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00