Ziyanlı “ziyalılar” və ya Əkrəmpərəstliyin teoreması

Azərbaycanda ermənilərə nə qədər havadarlıq edən varmış

Son günlər Azərbaycanda Əkrəm Əylisli bəzi tərəfdarları tərəfindən yaman müdafiə olunur. Allah xeyir eləsin. Çox maraqlı və gülməli məqamlar ortaya çıxır. Azərbaycanda yaşayıb, Azərbaycanın çörəyini yeyən, azərbaycanlı ola-ola azərbaycançılığa zərbə vuran bu şəxslər nəhayət ki, üzə çıxdı. Bir vaxtlar xarici media və Azərbaycan KİV-ləri yazanda ki, Azərbaycanda bəzi QHT-lər xaricdən maliyyələşərək Azərbaycanın inkişafına kölgə salırlar, çoxları buna inanmırdı.  Amma, Əkrəm Əylislinin "Daş yuxular" əsəri çap olunandan sonra bu faktlar açıqlandı. Azərbaycanda, bütün Türk Dünyasında Əkrəm Əylislinin bu əsəri ciddi etirazla qarşılandı və hamı yazıçının bu hərəkətini ciddi tənqid edərək onu ermənilərdən maliyyələşən kimi tanıdı. Əslində, bu belə də olmalı idi. Əsər yeni müzakirəyə çıxanda məlumat yayıldı ki, əsər ermənipərəst qüvvələrin səyi nəticəsində, onların birbaşa sifarişi ilə yazılıb. Onda nəinki iqtidar, hətta bəzi müxalifət partiyaları da Əkrəm Əylislinin bu əməlini qınadı, ictimaiyyət onun Azərbaycanı tərk etməsini tələb etdi. Əslində bu tələb haqqına idi.
Amma, bu prosesdə Əkrəm Əylislinin tərəfdarları da ortaya çıxdı. Məlum oldu ki, bu işdə Əkrəm Əylisliyə yardımçı olanlar da var. Yəni, Azərbaycanda yaşayıb "azərbaycanlıyam" deyib Azərbaycan tarixini saxtalaşdıranlar. Bu şəxslər uzun müddət müxtəlif yollarla maskalanıb özlərini camaata "ziyalı" kimi sırımaqdan belə çəkinməyib. Yəni, onlar bu adla Azərbaycana arxadan zərbə vurmaq istəyib. Onları başa düşüləndir. Çünki, bu cür insanlar tarixən olub və olacaq da. Əsl kişi kimi düşməninə qarşı mübarizə aparmağı bacarmayan həmin şəxslər özlərini "ziyalı" adına yamamaqla düşmənə yaltaqlanmaq, onlara işləməklə məşğul olublar. Söhbət 5-6 nəfər şəxsin yığılıb Azərbaycana qarşı kompaniya aparmağından gedir. Azərbaycanda "Ziyalılar Forumu" və "İctimai Palata" adlı dəstə yaradan bir qrup şəxs Azərbaycana qarşı nə qədər kompaniya apardılarsa, onların məqsədləri boşa çıxdı. Əlləri hər şeydən üzülən bu şəxslər indi də özlərini "söz azadlığının müdafiəçiləri" kimi təqdim edirlər. Bu dəfə özü də çox biabırçı halda. Özünü "Azərbaycan Ziyalılar Forumu"nun rəhbəri kimi təqdim edən Eldar Namazov bir qrup da şəxs yığıb başına hay-küy salıb ki, bəs Əkrəm Əylisliyə dəyməyin, o Azərbaycanın tanınmış simasıdır. Eldar Namazova deyən gərək ki, ay filankəs, sən hardaydın Azərbaycan Əkrəm Əylislini yaşadanda, ona Azərbaycanın ən ali titullarını verəndə. Hələ Azərbaycanda çox az yazıçı olar ki, o həm "İstiqlal", həm "Şöhrət" ordenləri alıb, "xalq yazıçısı" və prezident təqaüdünə layiq görülüb. Amma, onlardan biri Əkrəm Əylisli olub. Bəli, Azərbaycan xalqı da, Azərbaycan dövləti də bu yazıçıya bütün titul və fəxri adları verib. Amma, Əkrəm Əylisli bu adları özünə çox görüb və Azərbaycan xalqının, türkçülüyün tarixini saxtalaşdırdı. Hələ utanmadan indi də deyir ki, bədii əsərdə qadağa yoxdur. Azərbaycanda ona heç kim bədii əsər yazmağa qadağa qoymayıb. Amma, bu o demək deyil ki, Əkrəm Əylisli bədii əsər adı ilə milləti təhqir etsin, təcavüzə məruz qalan Azərbaycanı təcavüzkar adlandırsın.
Eldar Namazovkimilər isə buna fikir vermədən faktlara göz yumur ki, guya o və onunkimilər "söz azadlığını müdafiə" etmək niyyətindədirlər.  Amma, əslində Eldar Namazov burda hiylə işlədir. Yanına bir- iki nəfər də "həmfikir"ini alıb döşənib ictimaiyyətin üstünə ki, bəs bunlar Əkrəm Əylisliyə qarşı haqsızlıqlar edirlər. Guya ki, bunun yaratdığı qondarma "Ziyalılar forumu" ağıllı çıxıb. Eldar Namazov bilmir ki, xalq artıq ayılıb və 90-cı illərin əvvəlləri deyil ki, hər "ağıllı"nı ziyalı adlandırasan. Xalq artıq yaxşını pisdən seçməyi bacarır. Azərbaycan xalqı gördü ki, ziyalı deyib bütün titullara layiq gördüyümüz Əkrəm Əylislinin erməni sevdası gec-tez partladı və təsdiq etdi ki, o Azərbaycanda yaşayıb-yaradan, Azərbaycanın çörəyini yeyib erməni sevdasına düşən bir naxələfdir. Bu şəxs hələ də tənqidləri qəbul etrmək istəmir və özünə bəraət istəyir.
Cənab "ziyalı" Eldar Namazov da elə bilir ki, o Əkrəm Əylislinin arxasınca gedəndə, onu müdafiə edəndə xalq ona "əhsən" deyəcək. Amma o yanılır. Əslində xalq onu da Əkrəm Əylisliyə qatıb daşqalaq edəcək. Çünki, qanında təmiz Azərbaycan, Türk qanı olan şəxsiyyət bu prosesdə yalnız Əkrəm Əylislini lənətləməlidir. Amma, qalanlarının onu müdafiə etməsi məqsədəuyğundur. Eldar Namazov da bu sıraya qoşulanlardır. O yəqin gözləyir ki, yenə də Əkrəm Əylislini həbs edəcəklər, onun müdafiəsinə qalxacaq, onu "siyasi məhbus" adlandırıb xaricdən külli miqdarda pul alacaqlar. Amma, məlum oldu ki, Eldar Namazovun bu fırıldağı da boşa çıxdı. İndi bilmir nə yolla özünü sığortalasın. Çünki, artıq geri qayıtmaq istəsə də yol yoxdu. Çünki o artıq vətən xainini müdafiə edən damğalılardandı.

Gəlin bir anlıq düşünək. Bu gün Əkrəm Əylislini  müdafiə edənlər kimlərdir? Kinorejissor Rüstəm İbrahimbəyov, Leyla Yunus, Eldar Namazov və özünü ana müxalifət adlandıran Əli Kərimli.

Leyla Yunusun çirkin erməni sevdası

Başlayaq elə Leyla Yunusdan. Əkrəm Əylislini bu şəxsin müdafiə etməsi məlumdur. Çünki, bu şəxsin erməni sevdası hələ əvvəldən olub. Bu insan illərdir ki, Azərbaycana qara yaxmaqla dövlətin düşmənlərini müdafiə edir. Özünü müdafiəçi adlandıran bu ziyanverici sakin Azərbaycan dövlətinə konkret qara yaxmaqla məşğuldur. Azərbaycanda xarici təşkilatlardan, ermənipərəıst qüvvələrdən qrantlar alan bu şəxs daim Azərbaycana qarşı layihələr həyata keçirib, ölkəmizin nüfuzunu daim ləkələməyə cəhd edib. Amma buna heç vaxt nail ola bilməyib. Leyla Yunus yalnız ermənipərəst mövqeyi ilə daim yadda qalıb, hansısa bir "sensasiya" yaratmaq xatirinə qəribə addımlar atıb. Gah deyib ki, Azərbaycanda siyasi məhbusları müdafiə edir, gah da ağlına gələn hərəkəti edib.
Daha bir fakt isə göz qabağındadır. Həmin Leyla Yunus Ermənistanın "Region" Araşdırmalar Mərkəzi ilə bir sayt açaraq Azərbaycana qarşı biabırçı anti-təbliğata başlayıb. "publicdialoqüues.info" adlanan bu saytda Əkrəm Əylisli müdafiə olunur. Bu məlumdur ki, əgər saytın rəhbəri ermənidirsə, Leyla Yunus da ona qoşulanda burda başqa heç nə gözləmək olmaz. Ən dəhşətlisi isə odur ki, Leyla Yunus həmin saytda Azərbaycan bayrağını təhqir edən erməni dığası Qurgen Markaryanı qətlə yetirərək ömürlük azadlıqdan məhrum edilmiş, lakin prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində heç kimin gözləmədiyi halda Azərbaycana qaytarılaraq azadlığa buraxılan Ramil Səfərovu qatil adlandırıb. Leyla Yunus az qalıb ki həmin qətlə yetirilən erməni dığası Qurgen Markaryanı Azərbaycanın və Ermənistanın "milli qəhrəmanı" adlandırsın. Bu cür şəxsiyyətsiz bir insanın Azərbaycanda yaşamağa haqqı varmı? Bu şəxsdən Əkrəm Əylislini müdafiə etməkdən artıq nə gözləmək olar? Bəlkə buna da etibar edək?

Rüstəm bəyin hay-küyü

Keçək Rüstəm İrahimbəyova. Bu insandan isə artıq kifayət qədər danışılıb. Bu şəxsə də Azərbaycanda edilməyən hörmət-izzət qalmadı. Sonda, sonda bu insane da hər şeyə göz yumub durduğu yerdə başladı sayıqlamağa. Yəqin bu da gözləyib ki, hakimiyyət ona hansısa nazir və digər bir post versin. Amma, hansı əsasla, onu deyən lazımdı.
Rüstəm İbrahimbəyovun zəbt etdiyi ərazilər araşdırmalar zamanı da ortaya çıxdı. Məlum oldu ki, o adi kinodramaturq adından istifadə etməklə Azərbaycanda külli miqdarda mənimsəmələr edib, 100 hektarlarla torpaq sahələrini zəbt edib və sair. Bu insanın da Əkrəm Əylislini müdafiə etməsinə təəccüblənməyin.
Bu insanlar birləşib Azərbaycanda naxələflikdə ad çıxarmaq istəyirlər. Onu da çıxardılar artıq. İndi onları heç kim Azərbaycanın ziyalısı kimi deyil, Azərbaycan ziyanvericiləri kimi tanıyırlar. Bu ziyanvericilərin isə ömrünə çox az qalıb. Bir gün bunlar da öz səhvlərini başa düşəcəklər, amma onda gec olacaq. Necə ki, Əkrəm Əylisli ictimai qınaqdan sonra həqiqətən də əsərin sifarişli olmasını etiraf etmək məcburiyyətində qalmaq məcburiyyətində qaldı, amma baxdı ki, arxaya çəkilsə də, gecdi.

"Ziyalılar" Əkrəm Əylislinin hesabına qrant alıblar?

İndi bunlar da eyni. Yəqin ki hamının məlumatı var ki, Əkrəm Əyılislinin "Daş yuxular" əsəri əvvəlcə həmin bu "Ziyalılar Forumu"nda müzakirə olunub. Amma, hansısa bir cüzi problem olanda onu dağ boyda şişirdən, müxalifətə hay salan Eldar Namazov həmin əsəri gizlədib. İş orasıdır ki, bu əsər həmin bu özlərini ziyalı adlandıranlar tərəfindən müzakirə edilib. Amma, səssiz-səmirsiz. Çünki onlar da biliblər ki, bu əsər ermənilərin sifarişi ilə yazılıb və Azərbaycan tarixi çox biabırçı halda saxtalaşdırılıb. Amma, həmişə boş-boş danışan Eldar Namazov, Leyla Yunus və digərləri onda saxtakarlıq adı çəkməyiblər ki, bəs sonra işin üstü açılar, onlar çörəksiz qalar. Ona görə də susdular ki, ay aman, dinən olmasın, xaricdən qrant gələcək. Bu məqsədlə də kitabın gizlicə çap olunmasına şərait yaratdı bu "azərbaycanlılar".

Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00