Əli Əhmədov gənclərlə görüşüb
14 Fevral 2013 16:53 SiyasətYeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov partiyanın təşkil etdiyi "Qış məktəbi"i layihəsi çərçivəsində YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib. "OLAYLAR"-ın məlumatına görə, Oğuz rayonunda keçirilən görüşdə Əli Əhmədov Azərbaycan hökmətinin gənclərə böyük diqqət və qayğı göstərdiyini qeyd edib. Hakim partiyanın rəsmisi deyib ki, gənclərimiz gələcəyin Azərbaycanın uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlar: "Əslində Azərbaycanın gələcəyi bu gün formalaşan, yetişən, böyüyən gənclər deməkdir".Daha sonra YAP İcra katibi 2013-cü ilin noyabr ayında keçiriləcək prezident seçkilərindən söz açıb və bu işdə də gənclərin xüsusi rolunun olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00