Ehtiyatda olan zabitlərin hərbi səfərbərliyi müharibəyə işarədir? - AÇIQLAMA
Akif Nağı: “Azərbaycan cəmiyyətində döyüş hazırlığının qorunub saxlanması üçün bu çox vacib addımdır”
14 Fevral 2013 15:48 SiyasətSəfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən mətbuata verilən məlumata görə Azərbaycanda ehtiyatda olan zabitlərin hərbi toplanışlara çağırılması tezliklə bərpa olunacaq. İlkin mərhələdə ehtiyatda olan xüsusi ixtisaslı zabitlərin, həmçinin ali və orta ixtisas təhsilli tibb işçilərinin toplanışları təşkil olunacaq. "QAT da əvvəllər bu məsələni gündəmdə qabartmışdı. Bununla bağlı Müdafiə Nazirliyinə də müraciət etmişdik" deyən QAT sədri Akif Nağının sözlərinə görə qurumun bu təşəbbüsü çox düzgün addımdır: "Çünki, Azərbaycan müharibə vəziyyətindədir. İstər zabit olsun, istər gizir onların formada qalması və döyüş hazırlığının təkmilləşdirilməsi üçün bu cür toplantıların keçirilməsinə böyük ehtiyac var. Türkiyə və Avropa praktikasında da bu cür təcrübələr mövcuddur. Toplantıların keçirilməsi ehtiyatda olan zabitlərdəki boşluqları dolduracaq. Bunu yalnız müharibə ilə əlaqələndirmək olmaz, amma təki müharibənin başlanmasının əlaməti olsun. Azərbaycan cəmiyyətində döyüş hazırlığının qorunub saxlanması üçün bu çox vacib addımdır" (OLAYLAR İA)