KXCP-də dinləmələr keçiriləcək

Klassik Xalq Cəbhəsi Partiyasında ictimai dinləmələr keçiriləcək. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, fevralın 15-də baş tutacaq. "Silahlı Qüvvələrdə insan haqları və islahatlar uğrunda" mövzusunda təşkil olunacaq ictimai dinləmələrdə xüsusilə son vaxtlar Azərbaycan ordusunda baş verən neqativ hallar, bu kimi nöqsanların aradan qaldırılması yolları, müvafiq  təkliflər vs. müzakirə olunacaq. Dinləmələrə hərbi ekspertlər, diplomatik korpusun nümayəndələri, siyasi partiya,  QHT və KİV təmsilçiləri dəvət edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00