Cənubi Sudana da sülhməramlılarımız göndəriləcək
30 Noyabr 2018 14:45 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsi məsələsinə baxılıb. "Olaylar"ın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. Qeyd edilib ki, parlament Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verib. Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31