Dövlət Departamenti əsas hədəfini açıqladı
14 Fevral 2013 10:57 SiyasətBirləşmiş Ştatların dövlət katibi Con Kerri xarici siyasət idarəsinə rəhbərlik edəcəyi dönəmdəki əsas hədəflərini açıqlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kerri əsas hədəfin Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq olduğunu vurğulayıb. Kerri həmçinin Yaxın Şərq məsələlərini də diqqətdə saxlayacağını söyləyib. ABŞ dövlət katibi Vaşinqton-Moskva münasibətlərinə də toxunub və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışacaqlarını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00