95 yaşlı kişiyə AĞIR İTTİHAM: 36 min insanın ölümündə...

Berlin Prokuroluğu keçmiş SS-çi, 95 yaşlı Verner Q-ni Mauthauzen konslagerində 36 min insanın ölümündə iştirakçı bilərək, ona qarşı ittiham irəli sürüb.

Publika.az xəbər verir ki, o, İkinci Dünya Müharibəsi illərində, Avstriyada Mauthauzen əsir düşərgəsində SS bölməsinin mühafizəçisi işləyib. Verner Q. indi Berlində yaşayır. Hazırda Berlin məhkəməsi ittiham həbsi barədə qərarı təsdiqləməlidir.

Qeyd edək ki, SS üzvləri İkinci Dünya Müharibəsi illərində faşist əsir düşərgələrində saxlanılan yəhudilərə, slavyanlara, qaraçılara, eləcə digər xalqlara, habelə siyasi baxışlı antifaşistlərə, o cümlədən kommunistlərə, sosial demokratlara qarşı qəddarlıqları ilə seçiliblər.

Mauthauzen konslageri 1938-ci ildə Avstriyanın faşist Almaniyasına hərbi yolla birləşdirilməsindən dərhal sonra inşa edilib.

Daha əvvəl Ştutqart Prokurorluğu "Auşviç-Birkenau" konslagerinin keçmiş mühafizəçisi, SS-in üzvü olmuş 94 yaşlı digər şəxsə qarşı ittihamlar irəli sürüb. O, 13335 nəfərin ölümündə iştirakçı sayılır. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31