“Əylisli öz xalqını beynindəki xəstə məhsula qurban verir”

Mirzə Sakit: “Heç bir formada bunun bəraətə çıxış yolu ola bilməz”

"Deyim ki, zəmanəmiz elə gətirib ki, yazıçının öz fikirlərinə görə nələrisə yazması haqlı olaraq, narazılıqlara səbəb olur. Əkrəm Əylisli bu narazılıqları özü qazandı və öz qazancını da danmasın". Satirik şair Mirzə Sakit "OLAYLAR"a açıqlamasında belə deyib. Mirzə Sakitin sözlərinə görə yazıçı Əkrəm Əylislinin fikirləri xəstə düşüncədir: "Bir halda ki, o xəstə düşüncələr xalqı düşmən qarşısında rəzil edir, o bir yazıçı düşüncəsi yox, düşmənin beynindəki arzuları sevindirməyə xidmət edir. Yazıçı ilk növbədə öz xalqını, vətənini qələmi ilə tərənnüm etməlidir, Əkrəm isə burda öz xalqını, vətənini beynindəki xəstə məhsula qurban verir. Heç kim deyə bilməz ki, yazıçı, şair elə yox, belə düşünsün. Hər kəsin öz düşüncə tərzi var və o azaddır. Lakin, azad düşüncə o demək deyil ki, yazıçı, şair qələmini silah edib xalqa qarşı çevirsin. Heç bir formada bunun bəraətə çıxış yolu ola bilməz" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00