"Azərbaycan həyata keçirdiyi strateji layihələrdə Türkmənistan yer ala bilər"

“Azərbaycanın əsas xarici siyasəti bütün qonşu ölkələrlə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq qurmaqdır”.

"Azərbaycanın əsas xarici siyasəti bütün qonşu ölkələrlə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq qurmaqdır".

Bu fikri Türkmənistan-Azərbaycan münasibətləri barədə danışarkən Milli Məclisin deputatı Asim Mollazadə deyib. 

O bildirib ki, Türkmənistanla bir kökdən olan xalq kimi tarixi əməkdaşlığımız var: "Hal-hazırda çox böyük bir perspektiv var ki, Azərbaycan həyata keçirdiyi strateji layihələrdə Türkmənistan üçün də yer ola bilər. Türkmənistanın da bu istiqamətdə maraqları var. Düşünürəm ki, həm iqtisadi, həm enerji, həm də mədəniyyət sahələrində bizim ölkələrimizin bu səfərdən sonra əməkdaşlığı genişlənə bilər".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31