Misir səfiri İslam Baxşəliyev ilə görüşdü

Noyabrın 23-də Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim ilə “Dirçəliş” Gənclərin Psixoloji-Reabilitasiya Mərkəzinin rəhbərliyi və Mərkəzin bir qrup gənc üzvləri ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilmişdir.

Noyabrın 23-də Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim ilə "Dirçəliş" Gənclərin Psixoloji-Reabilitasiya Mərkəzinin rəhbərliyi və Mərkəzin bir qrup gənc üzvləri ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilmişdir.

Olaylar.az bildirir ki, qonaqları salamlayan Misir Ərəb Resplikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim Misir və Azərbaycan arasında mədəni əlaqələrdən danışaraq 1992-ci ildən başlayaraq iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına baxmayaraq Misir və Azərbaycanın tarixi köklərə söykənən dostluq əlaqələri hər zaman mövcud olmuş və bu əlaqələrin bu gün də müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdirildiyini bildirdi.

Öz növbəsində "Dirçəliş" Gənclərin Psixoloji-Reabilitasiya Mərkəzinin rəhbəri İslam Baxşəliyev təşkilatın yaranma tarixindən, fəaliyyətindən, Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə tanıtmaq üçün keçirdikləri rəsm sərgiləri barədə cənab səfirə məlumat verdi.

Azərbaycan xalqının mədəniyyət və incəsənətə göstərdiyi marağı yüksək qiymətləndirən Misir səfiri cənab Adel İbrahim azərbaycanlı gənc rəssamların öz əl işlərini Misirdə də sərgiləmək üçün imkanların mümkünlüyünü və yaxın zamanlarda bu işlərin həyata keçirilməsində köməklik göstərəcəyini bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31