Paşinyanın səriştəsiz siyasəti rusiyalı jurnalistin gözü ilə

axud Nikolun cinsi azlıqlara olan sevgisi Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanın siyasi nüfuzu və reytinqi getdikcə aşağı düşür. Məsələ ondadır ki, artıq sadə ermənilər deyil, qeyri-ermənilər, tanınmış ekspert və analitiklər də Paşinyanın yarıtmaz siyasəti barədə açıq-aşkar fikir ifadə edirlər. Necə ki, rusiyalı jurnalist, "Qovorit Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko kimi.

Yaxud Nikolun cinsi azlıqlara olan sevgisi

Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanın siyasi nüfuzu və reytinqi getdikcə aşağı düşür. Məsələ ondadır ki, artıq sadə ermənilər deyil, qeyri-ermənilər, tanınmış ekspert və analitiklər də Paşinyanın yarıtmaz siyasəti barədə açıq-aşkar fikir ifadə edirlər. Necə ki, rusiyalı jurnalist, "Qovorit Moskva" radiostansiyasının baş redaktoru Sergey Dorenko kimi.

Məlumat üçün qeyd edək ki, şimal qonşumuzda kifayət qədər nüfuzlu media nümayəndələrindən olan Dorenko Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan haqqında əsl həqiqəti ifadə edən fikirlər səsləndirib. Paşinyanı siyasi baxımdan səriştəsiz biri kimi xarakterizə edən jurnalist onu da qeyd edib ki, inqilabçı lider siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib.  Sergey Dorenkonun Nikol Paşinyan barədə belə fikir bildirməsinin əsas səbəbi isə inqilabçı liderin cinsi azlıqların Yerevanda forum keçirmək istəyinı müsbət münasibət bildirməsi olub. Qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Yerevanda cinsi azlıqların nümayəndələrinin forum keçirməsində heç bir problem olmadığını bildirib. Düzdür, əksər erməni siyasilər Paşinyanın bu mövqeyini kəskin tənqid etsələr də, lakin nədənsə jurnalist Sergey Dorenkonun Paşinyan barədə söylədiyi reallıqlar qıcıq yaradıb. Belə ki, Ermənistanın Rusiyadakı səfirliyi jurnalisti Nikol Paşinyanı təhqir etmıəkdə günahlandırıb və diplomatik nümayəndəlik iddia edib ki, Sergey Dorenko Paşinyanın siyasi imicinə, nüfuzuna zərbə vurub.

Əslində isə rusiyalı jurnalistin Paşinyan barədə söylədiyi bütün fikirlər reallığı əks etdirir və burada Dorenkonun inqilabçı liderin nüfuzuna zərbə vurmasından heç bir halda söhbət gedə bilməz. Əvvəla götürək Paşinyanın siyasi cəhətdən səriştəsizliyindən.

Jurnalist Dorenko tam doğru deyir ki, Nikol Paşinyanın heç bir siyasi səriştəsi yoxdur. Hakimiyyəti güc yolu ilə ələ keçirdiyi gündən indiyə qədər ölkənin idarəçiliyində heç bir müsbət dönüş yarada bilməyən, beynəlxalq münasibətlər sistemində Errmənistan üçün yalnız problemlər yaradan Paşinyan, hətta İrəvanı müttəfiqlərindən də ayrı salıb. Bunun ən bariz nümunəsi bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş verən olaylardır. Təşkilata 2020-ci ilə qədər Ermənistan baş katiblik etməli olduğu halda işğalçı ölkənin bu hüquqdan məhrum edilməsi məhz Paşinyanın yarıtmaz siyasəinin əyani sübutudur.  Nəzərə alsaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan ölkələr hərbi baxımdan Ermənistanın müttəfiqi hesab edilirlər, o zaman İrəvanın təşkilatın baş katibliyindən uzaqlaşdırılması artıq işğalçı ölkənin hərbi müttəfiq kimi qəbul edilməməsindən xəbər verir. Heç şübhəsiz ki, bu da Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti ilə əlaqədardır. Nikol Paşinyanın xarici siyasətdə atmış olduğu düşünülməmiş addımlardır ki, artıq Ermənistanla onun ağası sayılan Rusiya Federasiyası arasında da ciddi problemlər meydana gəlib.

Jurnalist Dorenkonun Nikol Paşinyanı cinsi azlıqlarla bağlı məsələdə tənqid etməsi də əslində qəbulediləndir. Çünki inqilabçı lider dövlətin idarəçiliyində olduğu kimi ailə idarəçiliyində də yarıtmaz fəaliyyəti ilə seçilir. Belə ki, hakimiyyəti zəbt etdiyi ilk günlərdə cəbhədə hər hansı bir uğursuzluqla üzləşəcəyindən və bununla da xalqın etirazı ilə qarşılaşacağından ehtiyat edən Paşinyan həyat yoldaşı Anna Akopyanı önə verərək hadisələrdən siyasi uduş əldə etməyi düşündü və demək olar ki, qismən buna nail oldu. Bu baxımdan rusiyalı jurnalistin NikoL Paşinyan barədə söylədikləri tamamilə doğrudur. Yəni, hakimiyyətini qoruyub saxlamaq üçün həyat yoldaşını önə verib onun imkanlarından yararlanan Paşinyanın zamanı gələndə və ehtiyac yarananda cinsi azlıqlardan belə istifadə edə biləcəyi şübhəsizdir. Elə Nikol Paşinyanın cinsi azlıqların nümayəndələrinin İrəvan toplantısına xoş münasibət bəsləməsi də belə deməyə əsas verir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31