"Ermənistan Rusiyaya həyasızcasına müdaxilə etməyə çalışır"
“Belarus və Qazaxıstanın Azərbaycana münasibətindən, xüsusilə də KTMT-də tərəfdaşlıq institutları yaradıldıqdan sonra ermənilər Rusiyaya olan ümidlərini tamamilə itirməyə başlayıblar. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
23 Noyabr 2018 16:14 Siyasət"Belarus və Qazaxıstanın Azərbaycana münasibətindən, xüsusilə də KTMT-də tərəfdaşlıq institutları yaradıldıqdan sonra ermənilər Rusiyaya olan ümidlərini tamamilə itirməyə başlayıblar. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Rusiya tərəfindən hər zaman əzizlənməyə vərdiş edən Ermənistan hazırda qarşılaşdığı münasibətə görə, müttəfiqinə qarşı addımlar atmağa başlayıb: "Rusiyalı politoloqların fikrincə Ermənistan həddini aşmağa başlayıb. Belə ki, Ermənistan Rusiyanı nüfuzdan salan hərəkətlərə yol verməklə yanaşı, orada ictimai rəyi idarəetməyə çalışır. Belə bir cırtdan dövlətin böyük dövlətin daxili işlərinə həyasızcasına müdaxilə etməsi rusları qəzəbləndirə bilər".
Q.Hüseynli söyləyib ki, bəzi yazılara görə, Ermənistanın bu cur siyasət aparması, KİV-lərində Rusiyaya qarşı etikadan kənar fikirlərin yer alması nəticə etibarı ilə onun KTMT-dən çıxarılmasına və Rusiya-Ermənistan münasibətlərinin xeyli dərəcədə pozulmasına gətirib çıxara bilər: "Görünür Paşinyanın fikri ABŞ-la münasibətlər qaydaya salıb, Rusiyadan uzaqlaşmaqdır ".
Politoloq bildirib ki, Paşinyanın səriştəsiz siyasət aparması haqqında fikirlər çoxalmaqdadır: " Onun bəzi gedişləri, xüsusilə də populizmdən istifadə edərək aşağı səviyyəli əhalini öz nəzarətində saxlamağa çalışması əvvəlki kimi uğurlu işləmir. Ona görə əhalinin müəyyən hissəsi onun yürütdüyü siyasətdən narazı qalmağa başlayıb. Bu səbəbdən də Paşinyanın seçkiqabağı oyunbazlığı işə yaramır".
SİA