ABŞ Konqresi Dağlıq Qarabağı müzakirəyə çıxarmayacaq - AÇIQLAMA
Cümşüd Nuriyev: “Dağlıq Qarabağ Konqresin müzakirəsinə çıxarılsa, bu o deməkdir ki, ABŞ Cənubi Qafqazdan çəkilir”
13 Fevral 2013 17:10 SiyasətAğ Evin rəsmi saytının səsverməyə çıxardığı Xocalı soyqırımı uğurla başa çatıb. Dağlıq Qarabağa lazım olan mümkün 100 min səsdən 73 mini toplanıb. Lazımi səslər toplandıqdan sonra məsələlərin ABŞ Konqresində müzakirəyə çıxaracağı bəlli olacaq. "Dağlıq Qarabağ və Xocalı soyqırımının Ağ Evin gündəliyinə salınması inandırıcı deyil. Məsələ ondan ibarətdir ki, erməni lobbisi ABŞ-da kifayət qədər güclü fəaliyyətə sahibdir, digər tərəfdən Barak Obama o qədər də siyasi iradəyə sahib olan siyasətçi deyil" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə məsələlərin gündəliyə salınması Azərbaycanın xeyrinə olacaq: "Ən azı Qərbdə Azərbaycan həqiqətləri gündəmə gələcək. Məsələlərin gündəmə gətirilməsi ən azından ABŞ-ın büdcəsindən Dağlıq Qarabağa ayrıca bəndlə maliyyə yardımının ayrılmasının qarşısı alınacaq. Dünya Xocalı soyqırımının həqiqətlərini qəbul eləməklə 1915-ci il saxta "erməni soyqırımı"nı gündəmdən çıxaracaq. Biz öz həqiqətlərimizi tanıtdırmaqla yanaşı Türkiyəyə böyük köməklik göstərəcəyik. ABŞ öz dünya maraqlarını həyata keçirmək üçün "azadlıq carçısı" rolunda çıxış etməyə çalışır. Əvvəl bu istiqamətdə "UNİCEF" fəaliyyət göstərirdi, indi isə ABŞ-ın Dövlət Departamentində xarici informasiyalarla əlaqədar büro var və Ağ Ev həmin büro vasitəsilə özünü gündəmə gətirməyə çalışır. Əgər bunlar ABŞ-ın Yaxın Orta Şərq planına köməklik edəcəksə razılıq əldə olunacaq. ABŞ-ın bir görünən və bir də görünməyən demokratiyası var. Qarabağ məsələsi ABŞ-ın Cənubi Qafqaz maraqlarına görə görünən demokratiyasına uyğun gəlmir. Dağlıq Qarabağ Konqresin müzakirəinə çıxarılsa bu o deməkdir ki, ABŞ Cənubi Qafqazdan çəkilir. Yəni artıq Qafqazın taleyi həll olunub" ("OLAYLAR" İA)