Asim Mollazadə Sakaşvili ilə görüşəcək

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Gürcüstanın prezidenti Mixail Saakaşvili  ilə görüşəcək. "Olaylar" xəbər verir ki, görüş  DİP sədrinin fevralın 14-15-də Gürcüstanda  keçiriləcək "Avronest" Parlament Assambleyasının Siyasi Komitəsinin iclasında iştirak etmək üçün Tiflisə səfəri çərçivəsində baş tutacaq.  Səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, baş naziri Bdzina İvanişvili, parlamentin sədri, parlament çoxluğunun və azlığının fraksiya rəhbərləri ilə görüşlər də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00