Bəhruz Quliyev: “Azərbaycan-Türkmənistan əməkdaşlığı strateji istiqamət alıb”

“Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafı istər regional, istərsə də beynəlxalq sahədə iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Prezident İlham Əliyevin Türkmənistanın dövlət rəhbərliyinin dəvəti ilə bu ölkəyə etdiyi rəsmi səfəri də belə deməyə əsas verir ki, belə bir əməkdaşlıq möhkəm təməllərə söykənir”. Sözügedən fikirləri Olaylar.az –a“SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana etdiyi rəsmi səfərini şərh edərkən bildirib.

"Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafı istər regional, istərsə də beynəlxalq sahədə iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Prezident İlham Əliyevin Türkmənistanın dövlət rəhbərliyinin dəvəti ilə bu ölkəyə etdiyi rəsmi səfəri də belə deməyə əsas verir ki, belə bir əməkdaşlıq möhkəm təməllərə söykənir". Sözügedən fikirləri Olaylar.az -a"SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana etdiyi rəsmi səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Aşqabadda aparılan danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir və ölkələr arasındakı münasibətlər ayrı-ayrılıqda bir çox sahələri əhatə edir: "Həmçinin, xalqlarımızın tarixi bağlantıları və bu amildən doğan qardaşlıq, dostluq ənənələri əldə edilən və ediləcək bir çox uğurları səciyyələndirməkdədir. Əbəs deyil ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra, qurulan diplomatik münasibətlərimizin 25 illiyi özü-özlüyündə bu dostluğun, qardaşlığın bariz göstəricisi kimi də qiymətləndirilə bilər".

Siyasi ekspert rəsmi səfər çərçivəsində imzalanmış sənədlər və strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamə ilə də bağlı fikirlərini bildirib və qeyd edib ki, artıq bu reallıq Türkmənistanla Azərbaycanın strateji tərəfdaşlar ölkələr olduğunu rəsmən təsdiqlədi: "Məhz bu Bəyannamədə gələcək birgə fəaliyyətin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən, Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib.

Xüsusilə qeyd etmək istərdim ki, iki ölkənin əməkdaşlığı beynəlxalq siyasi arenada da öz müsbət əksini tapmaqdadır. BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə münnbit nailiyyətlər mövcuddur və bunların nəticəsidir ki, ticarət dövriyyəmiz də artıb".

"Qeyd edim ki, bu rəsmi səfərdə nəqliyyat, energetika və s. sahələri də əhatə edən razılaşmalara imzalar atılıb", xatırladan "SƏS" qəzetinin baş redaktoru onu da bildirib ki, müzakirə edilən mühüm mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşası olub ki, bu da həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artırılmasına öz töhfələrini verəcək: "Beləliklə, artıq əminliklə deyə bilərik ki, bu münasibətlərimiz regionda hər iki ölkənin mütərəqqi inkişafına əlavə stimullar yaradır və eyni zamanda, beynəlxalq siyasi kontekstdə gələcək imkanları önə sürəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31