"Türkmənistanla bizi bir çox iqtisadi layihələr birləşdirir"
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana rəsmi səfəri əlbəttə ki, çox böyük bir əhəmiyyət daşıyır. Həm tarixi yaxınlıq baxımından, həm də dilimizin, ənənələrimizin yaxınlığı baxımından Türkmənistan bizim üçün qardaş ölkədir və partnyordur”. Bunu millət vəkili Jalə Əliyeva deyib.
23 Noyabr 2018 13:38 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana rəsmi səfəri əlbəttə ki, çox böyük bir əhəmiyyət daşıyır. Həm tarixi yaxınlıq baxımından, həm də dilimizin, ənənələrimizin yaxınlığı baxımından Türkmənistan bizim üçün qardaş ölkədir və partnyordur". Bunu millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Türkmənistan dövləti ilə bizi bir çox iqtisadi layihələr birləşdirir: "Bu layihələrin sürətlə həyata keçməsi istiqamətində cənab Prezidentin yüksək səviyyəli Türkmənistana rəsmi səfəri əlbəttə ki, böyük rol oynayacaq. Görüşdə Azərbaycandan və Türkmənistandan böyük nümayəndə heyətləri iştirak edirdi. Bir çox sahələr üzrə müqavilələrin imzalanması həm iki ölkə arasında münasibətlərin, həm də regionda ölkələrarası münasibətlərin inkişafında əhəmiyyəti bir rol oynayacaq. Səfər çərçivəsində Türkmənistan prezidentinin Azərbaycana, ölkəmizdəki inkişafa verdiyi qiymət, cənab Prezidentimizin çox böyük hörmətlə, ehtiramla qarşılanması və s. onu göstərir ki, Azərbaycanın bölgədə və dünyada nüfuzu durmadan artır. Hər bir qonşu ölkə, hətta qonşu olmayan ölkələr də Azərbaycanla əməkdaşlığa, partnyorluğa, iş birliyinə can atırlar. Bu da ölkəmizin artan nüfuzunun, iqtisadiyyatının, sənayesinin böyük bir göstəricisidir".
Qeyd edək ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri Türkmənistan tərəfinin xahişi ilə baş tutub. Səfərdən öncə Türkmənistan baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər etmişdilər.
SİA